Qadağan olunmuş kitablar - SİYAHI

Qadağan olunmuş kitablar - <span style="color:red;">SİYAHI
19 dekabr 2014
# 11:31

Bu günə kimi dünyanın müxtəlif ölkələrində təhlükəli sayılan kitablar var.

Kulis.az onlardan yeddisini təqdim edir.

Siyahıda birinci yerdə “İncil”dir. Teoloqların dediyinə görə, 52 ölkə rəsmi səviyyədə (Səudiyyə Ərəbistanı, Vyetnam, Kuba, Efiopiya və s.) “İncil”i qadağan edib. Hətta 2009-cu ildə Şimali Koreyada 33 yaşlı qadın “İncil”i yaydığına görə edam olunub.

İkinci yerdə Salman Rüşdinin “Şeytan ayələri” kitabı gəlir. Əsər ona yaxın ölkədə (İran, Keniya, Sinqapur, Küveyt) yasaqdır.

Hələ də populyarlığını saxlayan Adolf Hitlerin “Mənim mübarizəm” kitabı da bir çox ölkələrdə qadağan olunub.

Den Braunun “da Vinçi kodu” da qadağan olunan əsərlər arasındadır. Kitab əsasən müsəlman ölkələrində yasaq edilib.

Sonrakı yeri amerikalı Uilyam Pauellin 1971-ci ildə nəşr olunan “Anarxistin aşpazlıq kitabı" tutur. Kitabda ev şərtlərində narkotiklərin, partlayıcı maddələrin necə hazırlanması yazılır.

Altıncı yerdə amerikalı yazıçı Bret İston Ellisin “Amerikalı psixopat” gəlir. Zorakılığın bol olduğu əsər Avstraliya və Yeni Zellandiyada yasaqdır.

Sonuncu yer Lüis Kerrollun “Alisa möcüzələr ölkəsində” kitabına aiddir. Çində kitabı ona görə qadağan ediblər ki, burda heyvanlar insan kimi danışır.

# 1081 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #