Obama ilin ən yaxşı filmini seçdi

Obama ilin ən yaxşı filmini seçdi
18 dekabr 2014
# 10:53

“People” jurnalına ilin yekunları ilə bağlı müsahibə verən ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama şəxsi həyatları ilə bağlı da danışıblar.

Kulis.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə Obama Riçard Linklaterin çəkdiyi “Uşaqlıq” filminin (“Boyhood”) bu il izlədiyi ən yaxşı film olduğunu deyib.

Xanım Obamanın favoriti isə Gillian Flynnin əsəri əsasında çəkilmiş “İtmiş qız” (“Gone girl) filmidir.

Obama deyib ki, “Uşaqlıq” şahanə filmdir və bu il izlədiklərinin arasında ən yaxşısıdır. ABŞ prezidenti xüsusi vurğulayıb ki, həyat yoldaşının filmlərə marağı azdır.

Sevdiyi film haqqında danışan Mişel isə bunları söyləyib: "Bir neçə il bundan qabaq “İtmiş qız” romanını oxumuşdum. Çox sevmişdim əsəri. Məncə əsər filmdən daha yaxşıdır”.

Müxbirin “Axırıncı dəfə hansı mahnının sədaları altında rəqs etmisiniz?” sualına Mişel belə cavab verib: "Həmin gecə Barak DJimiz idi. Aretha Franklinin “Rock steady”sı ilə başladıq. Gecəni Al Green ilə bitirdik”.

# 816 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
#
#
# # #