Yorulmayan qoca kloun

Yorulmayan qoca kloun
8 dekabr 2014
# 17:27

Dekabrın 6-da Dövlət Pantomima teatrında yeni tamaşanın premyerası keçirilib. Kulis.az-ın verdiyi məlumata görə tamaşanın rejissoru Bəxtiyar Xanızadə və Bəhruz Vaqifoğludur.

Klounada janrında olan “Son ştrix” yaradıcı və dağıdıcı insanlardan bəhs edir. Artıq qocalmış bir kloun yorulmadan yaratmaq həvəsindədir. Amma ona qoşulan, ondan ayrılan, onu ələ salan, onun qurduğunu dağıdan klounlar da var.

Qoca kloun rolunu Bəhruz Vaqifoğlu oynayır. O, bu rolda ustadı, rejissor Bəxtiyar Xanızadəni düşündüyünü söyləyir: “Hər dəfə özündə bir qüvvə tapıb yaratmaq həvəsində olan qoca kloun bu dəfə öz daxili aləmini yaradır: qara parça altında bir çox formalara düşən obrazın üstü açılanda onun altında ağ geyimli məsum sifətli birini görürük. Qoca ona kitab verir, balaca radiosundan öz zövqünə uyğun bir musiqi səsləndirir, ağ geyimli obraz həvəslə kitabdan şeir oxumağa başlayır. Qoca daha da həvəsə gəlib onun üçün dibçəkdə gül gətirməyə gedir. Bu zaman dağıdıcı klounlar peyda olur. Bu ağ məsum obraza öz xarakterlərini köçürməyə başlayırlar. Axırda bizim ağ və təmiz gördüyümüz obraz vəhşi birinə çevrilir... Amma yaratmaq həvəsi olan qoca bu səfər Nəsimidən təkan alır və tamaşa “gedən cismimdir ruhum sizinlədir” sözləri ilə bitir...”

Gənc rejissor da premyera həyəcanı haqqında belə deyib: “Teatrın “premyera ənənəsinə” uyğun olaraq, iki gün ərzində sonra tamaşaçılarla müzakirə də keçirildi. Tamaşaçılar arasında Oqtay Mirqasımov, Şamil Nəcəfzadə, Sənubər İsgəndərli, Fəxrəddin Manafov, Oqtay Əliyev, Dilarə Əliyeva, Rövşən İsax kimi tanınmış simalar vardı. Həmişəki kimi hər şey min dəfə ölçülüb biçilmişdi. Bəxtiyar müəllim buna çox inandı, məndə bir balaca inamsızlıq vardı; tamaşa çox asta tempdə gedir - bildiyiniz kimi ki, bu gün insanların həyat ritmi çox sürətlidir, templi bir həyat yaşayırıq. Tamaşaçı buna hövsələ göstərəcəkmi? Amma müsbət fikirlər aldıq..."

Xatırladaq ki, “Son ştrix” tamaşasının növbəti nümayişi dekabrın 13-ə nəzərdə tutulub.

# 972 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #