Qızlara görə saqqal saxlayanlar

Qızlara görə saqqal saxlayanlar
3 dekabr 2014
# 17:03

Bu deyim çoxlarımıza tanışdır. Əminəm ki, bir çoxlarımız da müəyyən situasiyalarda bu sözləri ürək yanğısı ilə dilə də gətirmişik. Bizim gənclik görünən bu deyimi birbaşa mənası ilə başa düşür.


İşimdən dolayı demək olar ki hər gün gənclərlə görüşür, onların qarşısında çıxış edir, onlara mühazirələr oxuyur, seminar və təlimlər verirəm.

Son zamanlar müşahidə etdiyim qəribə bir tendensiya barədə yazmaq üçün qələmə al atmışam.

Təlim və seminarlarıma hər cür gənc qatılır. Hətta seminara əlində təsbehlə gələn, oxuduğu sahə müəllimlik olan gənc də görmüşəm. Amma diqqətimi son zamanlar çəkən, saqqallı gənclərin çoxluğudur. Əslində elə də əhəmiyyətli görünməyən bir məqam gələ bilər, lakin gənclər arasında keçirilən anonim sorğunun nəticəsində müəyyən edə bildim ki, sən demə, bizim cavanların əksəriyyəti elə düşünür ki, saqqallı və ya üzdə azacıq da olsa tüklə gəzmək xanımların xoşuna gəlir.


Araşdırmanı davam etdirib onu da yəqin etdim ki, bəli, bəzi xanımlar var ki, doğurdan da üzü tüklü bəyləri bəyənir. Belə istəkdə olan xanımlar say çoxluğu təşkil etməsə də, bu faktı inkar etmək də olmaz.


Amma məsələnin digər tərəfləri var:

1. İnstinktlərdən asılılıq. Hər halda kimsə inkar etməz ki, insan çox vaxt instinktləri ilə hərəkət edir. Saqqal məsələsinin görünməyən tərəflərindən biri də instinkt məsələsidir. Belə ki, üzdə tük-saqqal, kişinin müəyyən cinsi yetişkənliyinin göstəricisi kimi qiymətləndirilir və testesteron hormonunun yetrəli olmasından xəbər verir. Dolayısı ilə qadın, daha doğrusu qadının idarə etmədiyi instinktləri, kişinin üzündə tük olduğunun fərqinə varınca ona diqqət yetirə bilər. Kişi də instinktiv olaraq bunu şüuraltı şəkildə dərk edir və saqqal saxlamaq həvəsinə düşür. İndi məsələnin digər üzünə nəzər salaq. Ritorik suallarla. Əziz saqqal saxlayıb xanımların diqqət mərkəzində olmaq istəyən bəylər. Özünüzə sual verin. İnstinktləri ilə hərəkət edən qadın nəyinizə lazımdır? Və ya, beyni olub lakin düşünmə qabiliyyətini döl vəziyyətində unudub, instinktlərinin qurbanı olan qadın nəyinizə gərək? Və ya, heç düşündünüzmü ki, yalnız instinktlərə əsasən hərəkət edən bir varlıq sabah daha saqqallı birinə maraq sala bilər?

2. İnstiktləri və onun qurbanı olan azsaylı xanımları kənara qoysaq və həyat reallıqlarına obyektiv yanaşsaq fərqinə vararıq ki, əslində bir xanımın üzü tüklü bəyi deyil, tamamilə əksi-təraş olmuş şəxsi bəyənər. Çünki, təraş olmaq təmizlikdir, bir kişinin tənbəl olmadığının göstəricisidir. Normal düşünən qadın isə, yanında təmiz, səliqəli və tənbəl olmayan kişinin olmasını istəyər.

3. Əvvəldə qeyd etdiyim kimi, “Saqqalım yoxdu, sözüm yoxdu” deyimini gənclərimizin əksəriyyəti birbaşa anlayıb, sözlərinin gücünü saqqaldan almağa üstünlük verirlər. Barmağınızı qatlayıb bir nəfər ictimai-siyasi xadim, prezident, nazir, iş adamı, uğurlu biznesmen-sahibkar göstərin ki, ərgən şəxslər kimi ictimai yerlər də üzü tüklü, səliqəsiz, saqqallı dolansın. Statistika həvəskarları bir neçə nəfəri google vasitəsi ilə ortaya çıxara bilərlər əlbəttə. Elələrini örnək göstərən şəxslər, üzü saqqallı gəzsələr yaxşıdı. Çünki, sözünün kəsərini saqqalına görə ölçən gənc, sabah saqqalına görə onu seçən beyinsiz qadınının ətəyinin qısalığına görə saqqalından-sözündən olar.

Qısası, davam saqqal davasıdır!

# 1754 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #