Fəxri Uğurlu istefa ərizəsi verməyib-RƏSMİ MÖVQE

“Fəxri Uğurlu hələ ki, istefa ərizəsi verməyib”.

 

Bunu Kulis.az-a veridiyi açıqlamada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn bildirib.

 

Fərid Hüseyn onu da deyib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtı uzadılmayıb:  “Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması” məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil, əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir və təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki, istefa ərizəsi verməyib”.

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018