Qadının günahı

Və bir gün bir pişik

üşüyürdü divarın küncündə,
insanın soyuqluğundan...

 

Bədənin ağrıyırsa əgər,

Qadının və içkinin günahıdı.

Qadının yoxluğundan...

İçkinin çoxluğundan...

Gözlərin ağlayırsa əgər,

Adamın və Allahın günahıdı.

Allahın yoxluğundan...

Adamın çoxluğundan...

Sifətinin rəngi ağarırsa əgər,

Sənin və onun günahıdı.

Sənin yoxluğundan...

Onun yoxluğundan...

 

Hidrometroloji proqnozlar

bürosunun verdiyi məlumata

əsasən: Tənhalıq zonasında

havanın temperatoru qadın

hərarətindən 40 dərəcə aşağı,

temperamenti isə melonxolikdi.

sevgiyə həsrət insanların içməsi

məsləhətdi...

 

Biz ucuz kafelərin müştərisi,

ucuz araqların düşkünük.

Amma böyük sevgilərin

qurbaniyiq, şair.

Böyük sevgilərin qurbanıyıq.

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018