“İstəməzdim insanlar pula görə şərəfini itirsin”

“İstəməzdim insanlar pula görə şərəfini itirsin”
25 noyabr 2014
# 16:07

Yaradılışı ALİ olan insanların kiçik hesabların haqq-hesabını aparmağa ixtiyarları yoxdur. Özünü dərk etdiyi andan böyük ideyaların uğrunda bilik və bacarığını sərf edən, sözün hər mənasında böyük düşüncələrin sahibi, fərqli biçimin ünvanıdır O. Fərqli və fərdliliyi ilə seçilən, ruhən zəngin, əqlən isə olduqca savadlı hüquqşünas və iqtisadiyyat ixtisaslı Şahin Əliyevin düşüncəsinə görə, əxlaqını itirən biri hər şeyini itirmiş kəsdir.

İnsan varlığının mükəmməlliyini isə ləyaqət anlayışında tamamlanıb gözəllik tapdığını düşünür. Ruhən zənginliyi bəstələdiyi, ifa etdiyi mahnı və əsərlərində əks olunur. Mütaliəni çox sevən biri kimi “İnsan çox maraqlı kitabdır. Süjet xətti tez-tez dəyişir və hansı sonluqla bitəcəyini müəllif özü belə bilmir”, - deyə düşünür. Bu günə kimi əldə etdiyi uğurlara nəzər salmaq, iş həyatında vacib saydığı qayda və prinsiplərlə tanış olmaq üçün onunla söhbətə təhsilindən başladıq.

- Marmara Universitetinin hüquq, George Vaşinqton Universitetinin isə maliyyə fakültəsini bitirmisiniz. Hüquqşünas və iqtisadçı - hər iki sahə istiqamət olaraq bir-birinin əksidir. Şahin Əliyev əslində kim olmaq istəyirdi və iki fərqli ixtisası seçməyə səbəb nə idi?

- Məktəb illərində “Kim olacaqsan?” sualına həmişə "musiqiçi" cavabını verərdim. Məktəbi qurtaranda valideynlərim məni həkim görmək istədiklərini bildirdilər. Onlara hörmətim və sevgim sonsuz olsa da, həkim olmaq istəmədiyimi dedim. Öz istəyimlə hüquq fakültəsini seçdim. Hüquq fakültəsinə daxil olanda atam narazılığını bildirdi. Rəhmətlik atam özü də hüquqşünas idi və məni bu sahədə görə bilmədiyini belə əsaslandırdı ki, sən təbiətcə çox həssas və kövrək insansan, hüquq sahəsində isə hisslərə yer yoxdur. Sərt qayda və qanunlara birmənalı şəkildə əməl olunmalıdır. Məndən niyə məhz bu sahəni seçdiyimi əsaslandırmağımı istədikdə isə ədalətin təmsilçisi olmaq istədiyimi bildirdim.

- Bəs iqtisadiyyat üzrə ali təhsil almaq istəyiniz necə yarandı?

- Təbiət etibarı ilə daim axtarışda olan biriyəm. Hüquq fakültəsini bitirdikdən sonra hiss etdim ki, təhsilimi daha da dolğunlaşdırmalıyam. Bu baxımdan iqtisadiyyat sahəsini də öyrənməyin vacibliyini anladım. İqtisadiyyat sahəsinin, maliyyənin incəliklərini də öyrənmək istəyi məni ikinci təhsilə doğru yönəltdi. Bu gün isə geriyə nəzər salanda zamanında nə qədər doğru qərar verdiyimə sevinirəm. İqtisadiyyat üzrə ali təhsil mənə biznes anlayışının incəliklərini açdı və geniş imkanlar yaratdı.

- Uğura doğru addımlamaq, uğur əldə etmək və zirvədə qalmaq - bu "üçlüyü" bacarmaq üçün nəyi necə etmək lazımdır?

Описание: https://fbstatic-a.akamaihd.net/rsrc.php/v2/yj/r/mkUCm0hEprk.gif

- Şübhəsiz ki, uğuru əldə etməyin açarı çalışmaq, çalışmaq və bir daha çalışmaqdır. Əslində uğuru – zəhmət və istedadın vəhdəti kimi görürəm. Uğuru qoruyub saxlamağın da bir şərti var. Səbəb nə olursa-olsun, işə hisslərini qatmamalısan. Qısa zaman ərzində böyük uğura imza atan çox az insan var. Onlardan biri kimi uşaqlıq dostum və bugünkü biznes portnyorum gənc iş adamı, iqtisadçı Şahin Əlibəylini misal çəkə bilərəm. Bir dəfə Şahinlə söhbət zamanı ona buna oxşar sual verdikdə cavabı belə oldu: “Doğru zamanda doğru yerdə doğru insanlarla bir arada oldum. Çayın axarına düşsən, o axar səni limana aparacaq”.

- Bir iş adamı olaraq iş prinsiplərinizi açıqlaya bilərsizmi?

- Onu deyə bilmərəm ki, bütün ortaq işlədiyim biznesmenlərlə yaxşı münasibət qurmağa müvəffəq olmuşam. Həmişə nəzərə almışam ki, rəqiblərə düşmən kimi yanaşmaq lazım deyil və onları məhv etmək cəhdi isə qətiyyən yolverilməzdir. Bu, insan təbiətinə ziddir. Əksinə, mən güclü və ciddi rəqiblərə hörmət edir, zəifləri isə bağışlayıram.

- Deyirlər, pulu xərcləmək onu qazanmaqdan çətindir.

- Bəzən insan gənc olanda bunu yetərincə anlaya bilmir. Mən hər zaman çox məsələdə valideynlərimi örnək almışam. Atamın gələcəyimlə bağlı nəsihətlərinə həmişə ciddi-cəhdlə qulaq asmışam. O, çox tez-tez təkrar edirdi: “Sən hələ ki, oxu. Vaxtı gələndə isə pul qazanacaqsan. Pul – alətdir. Mən istəmirəm ki, övladlarım buna görə öz qürurunu, şəxsiyyətini və şərəfini itirsinlər.”

Uşaqlığımda eşitdiyim bu sözlər sanki ərköyün Şahini zaman-zaman daha sakit və təmkinli edirdi. Atamın nəsihətlərinə əməl edərək gələcək işlərimi qurduqca hər dəfəsində onun haqlı olduğuna əmin oluram. Ağıllı insan üçün pulu sistemli xərcləmək problem yaratmalı deyil, məncə. Dostum Şahin Əlibəylinin bir fikri ilə bu sualı tamamlamaq istəyirəm: “Məni pullar varlı etmədi, imkanım olmayan vaxtlarda zamanın və pulun investisiyası varlı etdi.”

- Dostunuzla iş birliyində olduğunuzu qeyd etdiniz, dostunuz çoxdurmu və sizə görə dost kimdir?

- Dostluğun mahiyyəti sevgi, sədaqət və dürüstlüklə biçilir. Səmimiyyət isə onun formuludur. Uşaqlıq dostum Emin Zeynalovla da lap kiçik yaşlarımızdan dostluğumuz davam edir. Şahin Əlibəylini az öncə qeyd etdim və daha bir neçə yaxın dostum var ki, onlarla da səmimi münasibət qurmuşam. Dünyanın bir çox yerlərində dostlarımın olması faktı məni olduqca fərəhləndirir. Xarici ölkələrdə təhsil almağım bu baxımdan böyük rol oynadı. Dostlarımla hər görüşümüzdə həm də öz təcrübəmizi bir-birimizlə bölüşürük.

- Bölüşdüyünüz təcrübələr maraqlıdır...

- Biz çox tez-tez vacib, amma təcili olmayan işlərimizi "bir qutunun içinə qoyuruq" və heç vaxt onları oradan çıxartmırıq. Təcili məsələlər ilə məşğul olduqda isə bu işi tez həll etməyə məcburuq. Vacib işlər başa çatdıqdan sonra hiss etməyə başlayırıq ki, fasilə etməli, geridə qalan təcili, əhəmiyyətsiz işlərə dönməliyik. Bununla da bir az istirahət edərək, güc toplamalı olduğumuz həqiqəti ilə üz-üzə qalırıq. Beləliklə, təcili və daha ciddi işlərimiz başlayana qədər əhəmiyyətsiz məsələlər bizim boş vaxtlarımızı doldurur. Belə model davranış illərlə həyatımızda davam edə bilər və nəticədə, bəzən vacib məsələlər də əlimizdən qaça bilər. Həyat da bu yolda əriyib yoxa çıxmaqla bizi son məqamda olduqca pəjmürdə edər...

- Təcili işlər dedikdə, nəyi nəzərdə tutursunuz?

- İlk növbədə, qarşıya məqsəd qoymaq, gələcəyi qurmaq, yeni əlaqələrin axtarışına başlamaq, biliklər əldə etmək, eyni zamanda qidalanmamıza diqqət yetirmək, şəxsi biznesin açılmasına, bəzi neqativ vərdişlərimizin pozulmasına səy göstərmək. Bütün bunlar qısamüddətli perspektivlərdə heç bir nəticə gətirə bilməsə də, gələcəkdə böyük irəliləyişlərə səbəb ola bilər. Əgər siz hiss edirsinizsə, dələ təkərdə süründüyü kimi, siz də həyatda heç nəyə nail olmadan sürünürsünüz, o zaman ehtimal ki, sizi gecikdirən təcili işləriniz olub, amma əhəmiyyətli işlərinizi onlara qurban etmisiniz. Bu problemin vacib həlli “ilk olaraq özünüzü ödəmək”dir.

Bu ifadə tez-tez pul üçün istifadə olunur, bəzən isə zamanla əlaqədar yada düşür. Əgər siz həyatda nəyəsə nail olmaq istəyirsinizsə, özünüzə vaxt ayırmalısınız. Bunun üçün təcili işlərinizi mümkün qədər, məsələn, bir-iki günlüyə də olsa, təxirə salmalı olacaqsınız. Lakin gələcəyinizə təsir etməyəcək məsələləri təcili etməlisiniz. Axı insanlar gözləyə də bilər. Əgər siz bəzi məktublara vaxtında cavab verməsəniz, dünya dayanmaz. Sizin ikinci yarınız da, övladlarınız da gözləyə bilər. Bəli, bunlara görə probleminiz ola bilər. Əlbəttə, öz hərəkətlərinizlə kimisə hirsləndirə bilərsiniz.

Amma buna baxmayaraq, bunların hamısı sizə bağışlanacaq. Şəxsi görüş planlaşdırılması. “İlk özünüzü yetirin” prinsipini həyata keçirmək üçün asan bir yolu özünüz təyin edirsiniz – bəli-bəli, bir diş həkimi təyini və ya bir iş ortağının təyini kimi. Bir yer və vaxt təyin edib təqvimdə qeyd edin. Və əgər kimsə sizin cədvəldə özünü həmin vaxt qeyd etmək istərsə, ona belə cavab verin: “Bağışlayın, mən o vaxta başqa görüş planlaşdırmışam”. Bu, bir-iki gün gözləyə bilər. Siz özünüzlə görüşə hörmətlə yanaşmalısınız. Özünüzü hazırlaşdırın və nə planlaşdırdınızsa, mütləq onu həyata keçirin. Ən yaxşısı, başqaların xahişini sonraya saxlamaqdır, nəinki öz həyatınızı.

- Bəs bu cür yanaşma eqoistlik deyilmi?

- Qətiyyən yox. Çox tez-tez rast gəlinən və bir kənara qoyulan bu vacib məsələlər başqalarına maksimum fayda gətirəcək. Misal üçün, siz öz sağlamlığınızı yaxşılaşdıracaqsınızsa və insanlara münasibətinizi dəyişdirəcəksinizsə, ətrafdakılar da bununla faydalanacaqlar; Siz müdirinizin mənafeyinə deyil, özünüzə uyğun olacaq yeni iş yaratsanız, bu, sizin və ətrafdakıların xeyrinə olacaq. Çünki müdir burada eqoist tərəfdir və yalnız özünü düşünməkdədir.

- Sadaladıqlarınızın hər hansı bir qızıl qaydası varmı?

- 5 illik test. Siz təcili hallarda işlərinizi tarixə salmağı qərarlaşdıranda öz şəxsi görüşləriniz üçün 5 illik testimdən istifadə edin. Bu halda yalnız özünüzdən “Əgər mən bu işi qırağa qoyaramsa, 5 ildən sonra nə olacaq?” sualını soruşun. Çox tez bir zamanda hiss edəcəksiniz ki, zamanla düşündüyünüz təcili işlər həyatınızda bir o qədər də dəyişiklik etməyib. İndi isə əhəmiyyətli işlərinizi öz prinsiplərinizdə tətbiq edin. Onlar 5 ildən sonra sizin həyatınıza necə təsir edəcək? Əksər hallarda belə nəticələr çox böyük olur və bu, təcili işlərə yox deyib, vacib işlərə vaxt ayırmaq üçün ən yaxşı səbəblərdən biridir. Nə etsəniz də, o 5 il bənzərsiz keçəcək və siz bu dəfə yanlış tərəfdə özünüzü tapacaqsınız.

- Siz keçmişə baxanda son 5 ildə həyatınızda böyük bir addımlarınızı görürsünüzmü? Siz yalnız təcili işlərlə məşğul idiniz, yoxsa vacib işlərə də diqqətinizi yönəltdiniz?

- Özünüzə son 5 il ərzində nə vəd edərdiniz? Cəsarət. Düşünə bilərsiniz ki, insanlara yanaşmanızda onların təcili xahişlərini həmin an yerinə yetirəndə şərəf hissi duyursunuz. Xahiş edirəm, aldanmayın. Çünki qəlbinizin dərinliyində bilirsiniz ki, bütün bunlar həyatınızı gecikdirməyiniz üçün bir səbəbdir! Bəlkə də sizdən ona vaxt ayırmağınızı istəyən həmin insana “yox” demək üçün böyük bir cəsarət, özü çox böyük bir cəsarət tələb olunacaq. Zamanla sizə “yox” demək daha asan olacaq. Sizin qısa zaman gecikmələriniz bəzən insanları kədərləndirə bilər və bu halda hətta özünüz də aciz ola bilərsiniz. Lakin insanların çoxu sizi bağışlayar. Faktiki olaraq insanlar sizin dəyərli vaxtınıza hörmətlə yanaşacaqlar, onlar anlayacaqlar ki, sizin niyyətiniz ciddidir və bu, ilk öncə sizi onların gözündə yüksəldəcək.

- Sadaladıqlarınızla bağlı öz təcrübənizdən şəxsi nümunə göstərə bilərsinizmi?

- Bu gün mən özümə istədiyim qədər vaxt ayıra bilirəm. Çünki artıq özüm üçün çalışıram. Lakin bu, həmişə belə deyildi. Mən ikinci təhsil aldığım müddətdə ən vacib dərslərdən biri insanın kompüterlə qarşılıqlı əlaqəsi idi və bu dərsin vəzifələrindən biri nəzarət işi idi. Biz sonradan yazılı surətdə hesabat verməli idik. Nəzarət işi qrup layihəsi çərçivəsində olan bu prosesdə hər bir tələbə öz layihəsini yazmalı idi. Bu layihə bizim bütün proqramın yalnız 10% təşkil edirdi.

Başqa fənlərdən inanılmaz işlərin artırılması səbəbindən mən hiss edirdim ki, işlərim mənim bacara biləcəyimdən daha artıqdır. Bunu anlayandan sonra hesabladım ki, nəzarət işimi araşdırmaq üçün mənə təxminən 10 saat vaxt tələb olunacaq. Bu zaman düşünürdüm ki, həmin fənni A - qiyməti ilə bitirəcəyəm, amma əgər bu layihə vaxtında verilməsə, o zaman mən A - qiymətini alacağam (ABŞ – da GPA idarəetmə sistemi istifadə olunur, hansı ki, tələbələrə hərflərlə qiymət qoyulur. Hər bir hərifin müəyyən bir çəkisi var. Və sonda toplam məbləğ sayılanda t.n “balansı” A – bu, “əla” deməkdir, amma “çəki” 3,75 bal edir - məs.) Olan balans sonunda mənim A qiyməti almağımla nəticələnir. “A” əvəzinə sadəcə o 10 saat ayırdığıma dəyər vermirəm, xüsusən ona görə ki, mən bunu 5 il əvvəl də təsəvvür edirdim.

Mən çalışırdım ki, iştirak etdiyim qrupda sonra kimsə mənə görə əziyyət çəkməsin. Biz bu layihədə necə tələb olunubsa, elə də inkişaf etmişik. Və sonda öz şəxsi hesabatımın hazırlanması vaxtı gələndə mən bu işdən imtina etdim. Bunun səbəbini professora dedim və bütün xoşagəlməz halları anladığımı da vurğuladım. O, gülümsəyərək üzümə baxdı və məni anlamağa çalışdı. Mən ona əvvəlcədən xəbərdarlıq etdim ki, məni imtahanda gözləməyin. Mənim bütün qrupla ayrıca layihə hazırlamağıma baxmayaraq, hesabat yazmaqdan imtina etdiyimə görə mənə 0 - bal verdilər. Əlbəttə, sözsüz ki, attestatımda bu fənn üzrə A qiyməti yazılmışdı. Bu, 12 il bundan öncə baş verib. Siz düşünürsünüz ki, mənim o vaxt layihəni hazırlamadığım kimisə maraqlandırdı? Gülməlidir, amma məhz o işimdən imtina etməyim gələcəkdə mənə daha çox uğur gətirdi və qəti şəkildə əminəm ki, onu hazır etsəydim, həyatda heç bir təcrübə toplamamış olardım. Hətta mən o vaxt bu layihəni hazır etmiş olsaydım, bu gün o işdən yaddaşımda bir söz belə qalmazdı. Belə isə həyatdan qiymətli dərs almış oldum. 12 il ərzində geriyə baxanda isə əminəm ki, məhz zamanında çox düz bir seçim etdim. Həm də o zaman doğru olaraq inanırdım ki, mənim üçün bu, sadəcə daha təcili bir iş olsa da, professor və tələbələr üçün bu iş çox önəmlidir.

- Gələcəklərini düzgün istiqamətə yönəldə bilmək üçün gənclərə nə tövsiyə edərdiniz?

- Məktəb bilikləri şagirdin həyatında çox önəmli bir məsələdir. Kimsəyə şərait yaratmayın ki, sizin yerinizə qərar versin. “Önəmli işlərə vaxtınızı həsr etmək”, – bunu siz özünüzə söz verməlisiniz. Kimsə bunu sizin yerinizə etməyəcək. Təbii yaşamaq – başqalarının vacib işini etmək deməkdir. Bunların azlığı önəm verir. Diqqətli olun, vaxtınızı nəyə ayıracaqsınız və gələcəyinizə həqiqətən, nə təsir edə bilər. Vaxt keçdikcə anlayacaqsınız ki, bu, sizi böyük məqsədlərə və mükəmməl formalaşmağa gətirib.

P.S. Onunla həmsöhbət olduğum zaman kəsiyində anladım ki, əslində hər işində və əməlində mükəmməlliyə can atır. Əməyi, ifaları, yaratdığı əsərlərlə, düşüncə tərzi ilə, bir sözlə, Şahin Əliyev kimi öz sözünü yetəri qədər deyə bilir.

Söhbətləşdi: Gülnar Məsimli

# 2013 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #