Əlvida, Sovetski!

Əlvida, Sovetski!
25 noyabr 2014
# 16:02

Təyyarədən düşdü, axşamüstü idi. Hava çiskinli idi, ətrafa duman çökmüşdü. Soyuqqanlı olmağa çalışırdı. Onu görəndə anası necə qışqırıb özündən gedəcək, qonum-qonşu necə tökülüşüb gələcək, min bir sual yağdırıb cavabını almaq üçün necə gözünün işinə baxacaqlar-hamısını təsəvvür edirdi. Səbirli olmalı idi.

Taksiyə oturub başını pəncərəyə söykədi. “Sovetskiyə sür”-dedi. Yol boyu tez-tez dərindən nəfəs alır, həyəcanının boğmağa çalışırdı. Bakı haqqında heç vaxt öz xoşu ilə araşdırma aparmamışdı. Təsadüfən bir neçə dəfə televizorda görmüşdü. Ordan bilirdi ki, Bakı bambaşqa şəhər olub. Küsüb getmişdi Bakıdan. Heç indi də barışmamışdı. Almaniyada keçən 10 il onun həyatına yalnızlıq gətirmişdi. Təkcə bu. Bir qızı sevmişdi, ailəsi “oxumalısan, nişanlanan vaxtın deyil” demişdi. Son dəfə elə bu cür çiskinli havada sevgilisini bağrına basıb hönkür-hönkür ağlamışdı. 17 yaşında idi onda. Sonra da Berlinə getmişdi oxumaq üçün. Ailəsi ilə arasında uçurum yaranmışdı. Hələ sevdiyi qızın ailə qurduğunu eşidincə daha da qapandı özünə. Əvvəlcə gələn zəngləri açmadı, sonra nömrəsini dəyişdi, sonra qaldığı evi. Son 5 ildə isə ondan heç kim xəbər tuta bilmədi.

Bir gün beynindən vurulmuşa döndü. Əlində fast-food yeyirdi. Qar yağmışdı. “Ata, ay ata, yenə də istəyirəm!” Səsə dönüb baxdı. Uşaq çömbəlib əllərini atasına tərəf uzatmışdı. Atası köksünü ötürüb onun əllərindən tutdu, qarın üstü ilə arxasınca sürüyüb aparmağa başladı. Çiyinləri əyilmişdi, deyəsən, uzun yol boyunca oğlunu beləcə arxasınca çəkib aparmışdı. Atası... O da belə edirdi həmişə... O qədər çox bağlı idi ki atasına! Səbirlə onun istədiyi hər şeyi edirdi. Bir dəfə qarın üstü ilə o qədər çox yol getmişdilər ki. Axırda atasının dizləri bükülmüşdü. Yerdə oturmuşdu. “Ata, yenə də istəyirəm”-demişdi. Sonra buz kimi olmuş üzünü onun sinəsində gizlədib bərk-bərk qucaqlamışdı...

Çiyinləri düşüb-qalxırdı. Kirayə qaldığı evə çatana qədər ağlamışdı. 10 ildə ilk dəfə. Sanki yaddaşı indiyə kimi yox imiş, indi qayıtmışdı. 2 gün sonra təyyarəyə oturub Bakıya üz tutdu.

- Qardaş, hanı küçə?

Taksi sürücüsü idi. Diksindi. Küçənin adını dedi. Darısqal məhlələrdən keçib həmin küçəyə girdilər. Qurumuşdu sanki. Elə bil yuxuda idi. Pulu verib düşdü. Bura Sovetski idi. Ərazidə texnika vardı, xarabalığı xatırladan yarı-uçurulmuşlar evlərdə çoxlu adamlar işləyirdi. Dəli kimi gah aşağı, gah yuxarı qaçmağa başladı. Hardadır evləri? Evləri niyə sökürlər? Çamadanını yerə tullayıb küçəaşağı qaçmağa başladı. Yox, bizim evi sökməyiblər. Yox, atam qoymazdı yuvamıza bu tırtıllı texnika girsin. İndi evimizi görəcəm, indi içəri girəcəm. Atamla anam sobanın yanında oturub mürəbbəli çay içirlər. Məni görüb sevinəcəklər. Onlardan üzr istəyəcəm. Evimizin qoxusunu içimə çəkəcəm. Anam düşbərə bişirəcək. Səhərə qədər söhbət edəcəyik. Sonra atam saçlarımı qarışdırıb alnımdan öpəcək. Bu dəqiqə, bu dəqiqə çatacam evimizə!

Çatdı. Tapdı evlərini. Ümidləri boğazında kilidləndi. Dünyanın ən isti ocağı, ən təhlükəsiz yeri yerlə-yeksan olmuşdu. Təkcə üç divar qalmışdı. Ayaqlarını güclə sürüyüb palçığı tapdaya-tapdaya irəlilədi. Donub qaldı. Baxdı, baxdı. Evin 2 divarında ona tanış olmayan oboy vardı. Bir divarında isə həmin köhnə oboy qalmaqda idi. Onun “əl işləri” olan, uşaq vaxtı əcaib şəkillər çəkdiyi divar kağızını valideynləri söküb atmamışdılar. Onu köhnə, çirkli divar kağızında qoruyub saxlamışdılar... Birdən kökündən qırılmış ağac kimi yerə düşdü. Yaralı heyvan kimi bağırdı...

- Ay səni, nadan övlad... Deməli, axır ki gəlib çıxa bildin. Ata-ananı itirəndən sonra...

Bunu sökülməkdə olan evini kədərlə izləyən bir qoca dodaqaltı mızıldanıb dedi...

# 1206 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

09:00 23 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
# # #