Unutsam, pıçılda

Unutsam, pıçılda
20 noyabr 2014
# 13:55

Çağan Irmak kütləvi filmlərin rejissoru kimi tanınır.

Gənc olmasına baxmayaraq (44) on bir tammetrajlı film çəkib.

Bura səkkiz teleserialı da əlavə etsək böyük bir rəqəm alınır.

Rejissorun ən çox uğur qazandığı film “Babam və oğlum”dur (2005).

4 milyon adamın baxdığı film 25 milyon lirə gəlir gətirmişdi.

Uğur yalnız rəqəmlərdə deyil.

Atalar və oğullar kimi əbədi mövzudan gözəl film çıxartmaq o qədər də asan deyil.

2008-ci ildə melodrama janrında “Issız adam”ı çəkən rejissor kassada da uğur qazandı. (2.7 milyon tamaşaçı) Lakin rejissorun sonrakı filmlərinin tamaşaçı sayı sürətlə azalmağa başladı.

Misal üçün “Dedemin insanları” filmini 1.2 milyon tamaşaçı izlədi.

“Issız adam” filmində üstüörtülü qoyulan homoseksualist mövzusunu açıq şəkildə bəyaz pərdəyə gətirən “Tamam mıyız” filmi isə sadəcə fiasko idi. Filmə cəmi yarım milyon adam baxmışdı. “Babam və oğlum”dan 8 dəfə az.

Rejissorun son filmi “Unutursam fısılda” isə rejissorun papağını qarşısına qoyub düşüncəyə daldığı filmdir.

Adətən filmlər nə qədər bayağı olursa o qədər çox uğur qazanır. Misal üçün Cem Yılmazın ən gözəl filmi sayılan “Hokkabaz” ən az baxılan filmidir.

Ya da Recep İvedikin ən pis filmi olan “Recep İvedik 4”-ə 7 milyon tamaşaçı baxdı.

Tamaşaçı isə Çağan Irmakın sənətinə dəqiq qiymət verir. Belə olmasaydı “Babam ve oğlum” və “Issız adam” filmləri uğur qazanmazdı.

***

“Unudursam fısılda” müğənni və şairə olan iki bacı haqqındadır.

Filmin məzmununu yazmıram.

Əhvalatlar Sezen Aksunun "Belki şehre bir film gelir, İklim değişir akdeniz olur, Gülümse" 
sözləriylə təsvir etdiyi qəsəbədə keçir. 

“Xəyallarının arxasınca gedin”: Filmin şüarı budur.

Tibb bacısına çevrilən şairə kənddə qalır, müğənni isə şöhrət qazanır.

Filmdə dolanışıq dərdi ilə kütləvi sənətlə məşğul olmağa məcbur qalmış musiqiçilərin daxili tərəddüdləri əks edilib.

***

Filmin qalası Nizami Kino Mərkəzində də tamamilə məxfi şəkildə keçirilib.

Dövlət agentliklərindən başqa heç bir media orqanı Çağan Irmakın Bakıdakı mətbuat konfransına dəvət edilməmişdi.

Görünür, Nizami Kino Mərkəzinin rəhbərliyi təqdimatda “Issız adam” atmosferi yaratmaq istəyirmiş.

# 2220 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #