Teatra bilet al, kitab qazan

Teatra bilet al, kitab qazan
18 noyabr 2014
# 16:46

Dekabr ayının 1-dən yanvar ayının 15-ə qədər Dövlət Gənc Tamaşaçılar Teatrında “Tamaşaya BAX, kitab QAZAN” adlı aksiya həyata keçiriləcək. Bu barədə kulis.az-a teatrdan məlumat verilib. Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşriyyatının birgə layihəsi olan aksiyada teatrdan bilet alan hər bir tamaşaçı Hədəf nəşrlərindən kitab hədiyyə qazanacaq.

Aksiyanın həyata keçiriləcəyi müddətdə Dövlət Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşrləri öz məhsullaına (bilet və kitab) 30-50% endirim edəcəklər. Beləcə tamaşaçı kitab qiymətinə həm də tamaşa və yaxud tamaşa qiymətinə həm də kitab əldə edəcək.

Aksiyadan yararlanmaq üçün iştirakçının kitabevim.az mağazasından hədiyyə kuponu və kitab almağı zəruridir. Paketin qiyməti 6 manatdır. Paketə 1 kitab və Dövlət Gənc Tamaşaçılar Teatrında axşam tamaşasına bilet əldə etmək üçün kupon daxildir. Hədəf Nəşrlərinin möhürü ilə təsdiqlənmiş kuponu Dövlət Gənc Tamaşaçılar Teatrında afişadakı tamaşanın başlanmasına 1 saat qalmışa qədər inzibatçıya təqdim edərək heç bir ödəniş etmədən tamaşa bileti almaq mümkün olacaq.

Aksiya ilə bağlı ətraflı məlumat əldə etmək üçün Dövlət Gənc Tamaşaçılar Teatrının (+994 12) 493-65-78, eləcə də kitabevim.az kitab mağazasının əlaqə nömrələrinə (+994 12) 498-79-89; (+994 55) 877-24-44 müraciət edə bilərsiniz.

Məlumat üçün bildirək ki, aksiyanın müddəti 45 gündür.

# 1481 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #