Müşfiqi şair yox, şorgöz görənlər

Müşfiqi şair yox, şorgöz görənlər
6 noyabr 2014
# 11:26

20-ci əsrin şeir sorğusunda Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinin birinci yer tutması mənim üçün xüsusi əhəmiyyətli oldu.

Ona görə yox ki, Qan Turalının dediyi kimi, “Yenə o bağ olaydı” şeirinin özünəxas bədii-estetik keyfiyyətləri, inqilabi romantikası var və yaxud birinci yerə çıxması Azərbaycan poeziyasının modernizmə can atmasının göstəricisidir.

...Şairin “Yenə o bağ olaydı” şeirinin həyat yoldaşına yox, başqa qadına həsr olunduğu ortaya çıxanda bir qrup ali savadlı adam Müşfiqi ailəyə, milli-mənəvi dəyərlərə xəyanətdə günahlandırdılar. Hətta kimsə yazmışdı ki, bu şeiri çox sevirdim, amma başqa qadına həsr olunduğunu biləndə gözümdən düşdü.

Mentallığı daha çox ana-bacı söyüşünə söykənən, özlərinin də aydın dərk etmədiyi, mahiyyətinə varmadığı mücərrəd namus, şərəf, ləyaqət təəssübü çəkən bir cəmiyyətdə sənətə belə gerizəkalı münasibət təbiidir. Və təəssüf ki, bu, XXI əsrdə də təbii olaraq qalır.

Hətta mənə elə gəldi ki, həmin insanlar ötən əsrin 30-cu illərində yaşasaydılar, Mircəfər Bağırova imkan verməyib özləri Müşfiqi linç edərdilər.

Məsələnin daha dramatik, faciəvi tərəfi ondadır ki, sənətlə məşğul olan adamların əksəriyyətinin də Müşfiqi ittiham edənlər kimi həyata münasibəti dekorativdir.

Yəni yazıçıların, rejissorların əksəri fərdin davranışına, yaşanan situasiyaya milli kimliyin, instinktlərinin gözü ilə baxırlar.

Tutaq ki, hansısa qadın ailəsini tərk edib. Bu mövzuda əsərlər elə yazılıb-çəkiləcək ki, biz orda hadisənin motivlərini, niyə, nə üçün suallarını cavaba cəhd görməyəcəyik. Müəllif fərqli yanaşma təqdim etmək əvəzinə, sovet sosrealizmində olduğu kimi qadını ittiham edəcək, ideal insan, həyat modeli göstərməyə çalışacaq.

Sənətin mühüm vəzifəsi ən müxtəlif vəziyyətlərdə insanı araşdırmaq və cəmiyyəti bu polemikaya dəvət etməkdir.

Bizdə analizsiz sənət alternativ fikirlər təklif etmədiyinə və ümumiyyətlə cəmiyyətdə insanların həyat modeli, baxış bucağı yekrəng olduğuna görə Müşfiqin “Yenə o bağ olaydı” şeirinin tarixçəsinə münasibət də məhəlli, emosional səviyyədə oldu.

Amma hər halda sorğuda “Yenə o bağ olaydı” şeirinin qalib olması onu təsdiqlədi ki, tarixdə sənətə bayağı, köhnə-kürüş münasibət yox, gerçək, keyfiyyətli sənət nümunəsi qalacaq.

Mənim üçün “Yenə o bağ olaydı” poeziyamızın mənəvi, ruhi cəhətdən ən təmiz, emosiyaları zəngin, parlaq ifadə vasitələrilə qələmə alınan az sayda şeirlərdən biridir.

# 4030 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #