Özünü tərbiyə etmək üçün yazan yazıçı

Özünü tərbiyə etmək üçün yazan yazıçı
6 noyabr 2014
# 08:30

Haydar Karataş 1973-cü ildə doğulub. Hazırda xaricdə yaşayır. “Gecə kəpənəyi”, “On iki dağın sirri, bir göz ağlayanda” adlı romanları var.

Kulis.Az Haydar Karataşın “Yazmağın 9 qaydası”nı təqdim edir.

1. Necə yazıram? Yazmağa başlayanda adətən velosipedə minib “səssiz” kafe axtarmağa çıxıram. Hər şey belə başlayır. Yazdığım zaman səs-küydən narahat olmuram. Hətta o səslər mənə mahnı kimi gəlir, özümü əmin hiss edirəm. Səssiz evdə, bağlı otaqda yaza bilmirəm, darıxıram, qorxuram.

2. Kiməsə nəsə demək üçün yazmıram. Mənim dərdim özümlədir. Öz ruhumu tərbiyə etmək üçün yazıram. Nəyəsə hirslənəndə, qəzəblənəndə yazıram, kədərli olanda yazıram, amma özümü xoşbəxt hiss edəndə yazmıram.

3. Yazanda mənfi obrazlara yer vermirəm. Yaratdığım obrazlar mənim uşaqlarım kimidirlər. Onlarla mən yox, ruhum danışır, mərhəmətli olmaqları məni sevindirir. Kim pis adamın heykəlini düzəltmək istər ki.

4. Gündə iki saat, ən çox üç saat yazıram. Sürətli yazıram, yazdığım əsnada nə yazdığıma, nə də cümlənin necə qurulmasına baxıram. Yazıb qurtardıqdan sonra evə gəlirəm və yazdıqlarımı səsyazma cihazına oxuyuram. Axşam yatağa girəndə yazdıqlarımı dinləyərək yatıram. Əvvəllər sevgilimə oxuyurdum, onun nəfəs alıb-verməyi mənə hər şeyi deyirdi, indi özümə oxuyuram.

5. Yazanda növbəti sətir daha çox maraqlı gəlir. Çünki ağlımda heç nə olmur, qəhrəmanımın bir neçə sətir sonra nə ilə qarşılaşacağını bilmirəm. Qəhrəman meşəyə gedirsə ardıyca gedirəm; yolları, ağacları, yarpaqları, yarpaqlar arasında tərpəşən kiçik bir tırtılı təsvir edirəm. Çünki onları görmək istəyirəm və birdən macəra başlayır. Həyəcanlanmağa başlayıram.

6. Bəyənmədiyim fəsli yenidən yazmıram, heç düzəltmirəm də.

7. Heç kəsə elə yaz, belə yaz, deyə bilmərəm. Bu maddələri yazdığım zaman da qəti bir fikrim yoxdu. Mən də öz-özümə necə yazırım deyə sual verirəm. Yazanda özünüz üçün yazın, yazdıqlarınız öz xoşunuza gəlmirsə bu pisliyi başqasına eləməyin. Məncə yeganə qayda budur.

8. Yazdığınız zaman qətiyyən qəhrəmanlarınıza öz fikirlərinizi dedirtməyin. Onların sizə qarşı olmaları qəhrəmanlarınıza marağınızı artırar.

9. Gündəlik həyatda roman qəhrəmanlarımın həyatımdakı əksiklikləri hiss edirəm. Bir nümunə deyim, “Gecə kəpənəyi” əsərimdəki Qolsuz Musanın bir küçədə qabağıma çıxmasını çox istəyərdim.

# 1144 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #