İtaliya səfiri Tərcümə Mərkəzində olub

İtaliya səfiri Tərcümə Mərkəzində olub
28 oktyabr 2014
# 15:50

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillonu qəbul edib. Görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Ədəbiyyatlararası mübadilə, tərcümə və nəşr məsələləri, həmçinin italyan dilinin ölkədə aktuallığı və tədrisi görüşün əsas müzakirə mövzusu olub.

C.Kutillo gərəkli təkliflərdən dolayı məmnunluq duyduğunu bildirib: “Səfirlik olaraq bu işlərlə məşğul olsaq da, sizin tərcümə xidmətlərinizdən də istifadə etmək bizimçün xoş olar. Çalışacağıq ki, bundan sonra daha sıx və geniş müstəvidə əməkdaşlıq edək”.

Görüş zamanı həmçinin Mərkəzin 4-7 dekabr tarixində İtaliyanın Roma şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə, İtaliya ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatınınsa italyan dilinə çevrilməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.

# 1541 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #