Bilik Fondu Ukraynanın Bilik Cəmiyyəti ilə əlaqə qurdu

Bilik Fondu Ukraynanın Bilik Cəmiyyəti ilə əlaqə qurdu
28 oktyabr 2014
# 15:05

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru professor Kuşereç Vasil İvanoviç və cəmiyyətin elmi katibi, əməkdar jurnalist Vasilaşko Vasil Fyodoroviçlə görüşüb.

Bilik Fondunun fəaliyyəti barədə məlumat verən C.Musaoğlu bildirib ki, təmsil etdiyi qurum ölkədaxili layihələrlə yanaşı, xarici əlaqələrə də böyük üstünlük verir. Qlobollaşan dünyanın tələbinə uyğun olaraq, elmdə, mədəniyyətdə, incəsənətdə ortaq nöqtənin tapılması vacibdir. Müxtəlif xalqların soy kökündən ayrılmadan yaxınlaşması, bir-biri ilə işgüzar münasibət qurması bir çox problemlərin həllinə yardım edər. Təbii ki, bunun üçün ilk növbədə hər ölkə daxildə mənəvi mühitin formalaşmasına nail olmalı, yeraltı və yerüstü sərvətlərdən əldə olunan gəliri insan kapitalının inkişafına yönəltməlidir.

Bilik Fondunun təmsilçisi Azərbaycanın məhz belə dövlətlərdən olduğunu xatırladaraq qeyd edib ki, prezident İlham Əliyev əhalinin maariflənməsi, biliklənməsi, nəticədə intellektual cəmiyyətin qurulması üçün gərək olan bütün addımları atır. Bilik Fondunun yaradılması da məhz bunun təzahürüdür.

C.Musaoğlu Ukrayna Bilik Cəmiyyətini Azərbaycanın Bilik Fondu ilə əməkdaşlığa dəvət edib.

Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru Vasil İvanoviç əməkdaşlıq təklifindən məmnun olduğunu bildirib. O, deyib ki, Azərbaycanla Ukrayna daim dostluq-qardaşlıq şəraitində yaşayıblar. Bundan sonrakı əlaqələrin daha da genişlənməsi üçün qarşlıqlı layihələr həyata keçirməyə ehtiyac var. V.İvanoviç rəhbərlik etdiyi cəmiyyətin gördüyü işlərdən danışıb. Məlum olub ki, Ukrayna Bilik Cəmiyyəti ianələr əsasında fəaliyyət göstərir və bu cür maliyyələşmə böyük layihələrə imza atmağa imkan vermir. Buna baxmayaraq, qurum Ukrayna cəmiyyətinin inkişafına xidmət edən maraqlı layihələr həyata keçirir.

Cəmiyyətin elmi katibi, Vasil Fyodoroviç də öz növbəsində görüşdən olduqca razı qaldığını söyləyib. Azərbaycan barədə geniş məlumata malik olduğunu deyən V.Fyodoroviç Bakının gözəl şəhərlərdən olduğunu vurğulayıb.

Sonda tərəflər bir-birinə xatirə hədiyyələri, kitablar veriblər.

Xatırladaq ki, Bilik Fondu Praqada “Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərgi keçirməyə hazırlaşır. Dekabrın əvvəlində keçiriləcəyi planlaşdırılan sərgidə Azərbaycana aid geoloji minerallar, suxurlar, xəritələr, kitablar nümayiş olunacaq. Sərgidə Azərbaycanı tanınmış geoloqlar təmsil edəcək.

Fond Türkiyə ilə əlaqələrə daha böyük önəm verir. 8-16 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində 33-cü Beynəlxalq Kitab Yarmarkası keçiriləcək. Xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirak edəcəyi Yarmarkaya Bilik Fondunun nümayəndəsi də qatılacaq.

# 1219 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #