Murakami romanlarının qəhrəmanısızmı? TEST

Murakami romanlarının qəhrəmanısızmı? <span style="color:red;">TEST
20 oktyabr 2014
# 07:30

Haruki Murakami romanlarını çox sevirsən? Oxuyanda özünü qəhrəmanların yerinə qoymusan nə vaxtsa? “Bax bu mənəm! Mən də beləyəm!” demisən yəqin ki. Bəlkə sən də o cür həyat yaşamaq istəmisən.

Kulis.az-ın “The-toast” saytına istinadən təqdim etdiyi bu yazıyla siz Murakami romanlarının qəhrəmanı olma şansınızı test edə bilərsiniz:

Bir fil əsrarəngiz şəkildə yoxa çıxır. Evinə qayıdanda səni nəhəng qurbağanın gözlədiyini görürsən. Göy üzündə eyni anda iki ay peyda olur. Arvadın birdən-birə yoxa çıxır. Qəribə bir adam sənə qoyuna rast gəlib gəlmədiyini soruşur, ya da bir qadın həyatının 10 dəqiqəsini tələb edir. Ətrafına göz gəzdir.

Aşağıdakıları oxu. Bunlardan biri, yaxud bir neçəsi sənlikdirsə, onda Murakaminin bir romanının və ya hekayəsinin qəhrəmanı ola bilərsən. Başına nə gəlirsə-gəlsin, həyatının qadınını da tapsan, sonda xoşbəxt olmayacaqsan. Çünki Murakami dünyasında həmişə nəsə əskik qalır. Çünki katarsis yoxdur.

- Kofeni tünd və südsüz sevirsən.

- Köhnə caz vallarına qarşı dərin bir sevgin var.

- Yad adamlarla hissiyatsız seks sənə asan gəlir. Belə bir təcrübəni dostuna izah etməyə cəhd etsəydin, mümkün olan ən mücərrəd dili istifadə edərdin. Amma təbii ki, bunu heç vaxt etməzsən, çünki dostun yoxdur.

- 1960-cı illərə vurğunsan. Həyatda sadə şeylərdən zövq alırsan: tünd qəhvə, köhnə caz valları, sevmədən sevişmələr... Amma həqiqətən sən 60-cı illərdə yaşasaydın, heç nə dəyişməzdi, yenə də tək-tənha biri olardın.

- Həmişə düşünürsən: hər şey əvvəlki kimi davam etsə, həyat möhtəşəm olardı. Bütün günü fikirləşirsən ki, daha real bir həyat yaşamaq üçün nə etməlisən? Bəxtsizsən, ətrafındakı adamlar kobuddur və sənin diqqətinə layiq deyillər.

- Sənin tamamilə əksin olan bir dostun var. Sən nə qədər sakit və diqqətlisənsə, dostun də o qədər kobud və yaramazdır. Amma həqiqətən yaxşı dostsunuz, özünüzü dayanmadan və amansızlıqla bir-birinizlə müqayisə etsəniz belə.

- Olduğun məkanları qüsursuz şəkildə təsvir etmək qabiliyyətinə maliksən. Hər detalı uzun-uzadı izah edirsən, başqalarına əhəmiyyətsiz görünən şeylər də sənin üçün boşluqları doldurmağın bir yoludur. Səni bir otağı təsvir edərkən dinləmək, o otaqdakı ən kiçik obyekti, məsələn, divarlardakı boyanın qüsursuz hamarlığını belə dəqiqliklə görmək deməkdir. Amma hisslərini təsvir etmək məsələsində çox çətinlik çəkirsən.

- Sənin bir qadına edə biləcəyin ən böyük kompliment onunla yatmamaqdır.

- Qismətin olan bir insan var. Onunla münasibətin sadəcə eşq deyil, sənin bütövlükdə varlığınla əlaqəli bir şeydir. Bəşəriyyət əslində sənin o adamla rastlaşmağın üçün yaradılıb.

- Evini tərk edib nəyinsə ardınca düşmək məcburiyyətində qalmısan, amma axtardığın şeyin nə olduğunu sən də bilmirsən. Beş ulduzlu otellərə, kiçik qəsəbələrə, pəjmürdə motel otaqlarına, dağ başlarındakı psixiatriya klinikalarına, bir yunan adasına gedirsən. Və bir şey olsun deyə gözləyirsən. Çox uzun sürür. Lakin olmasını gözlədiyin şeyin çoxdan baş verdiyini görmək üçün sonda mütləq geriyə dönməyin lazımdır. Bu səni təəccübləndirir, yenə də hər şey bitəndə hələ nəyinsə çatışmadığını hiss edirsən. Nə etsən də, bu hiss keçmir, çünki bu kainatda katarsis deyə bir şey yoxdur.

QEYD: Bu test yalnız kişilər üçün keçərlidir. Çünki sən Murakami romanlarında qadınsansa, bir azdan yerli-dibli yoxa çıxacaqsan...

# 2026 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #