Tanınmış şairdən yeni kitab və disk

Tanınmış şairdən yeni kitab və disk
16 oktyabr 2014
# 12:57

Bu il 75 yaşı tamam olan şair Məmməd İsmayılın “Elm və təhsil” nəşriyyatında “70-dən sonra” adlı şeirlər kitabı çap olunub.

Adından göründüyü kimi, kitabda şairin son beş ildə qələmə aldığı şeirlər və poema yer alıb. Eyni zamanda vaxtilə kiril əlifbasında çap olunan maraqlı şeirlər daxil edilib kitaba. Kulis.az-ın məlumatına görə, kitabla yanaşı şairin öz səsi ilə şeirləri, şeirlərinə bəstələnən mahnılar, sözlərinə oxunan saz havaları toplanmış disk də buraxılıb.

75 illik yubileyi ərəfəsində Məmməd müəllimin “İz” adlı daha bir kitabı – eyni adlı romanı Azərbaycan və türk dillərində nəşr ediləcək. Eyni zamanda noyabr ayında Bakıda M.İsmayılın 75 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Yubiley tədbirlərinin türkiyə və Rusiyada da keçiriləcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, M.İsmayıl hazırda Türkiyədə yaşayır və Çanaqqala Universitetinin professorudur.

# 1425 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #