Məhv olmuş sivilizasiya haqqında fərziyyələr kitabı

Məhv olmuş sivilizasiya haqqında fərziyyələr kitabı
15 oktyabr 2014
# 09:39

Hər bir həqiqət əqləbatandır, hər əqləbatan həqiqət deyildir...

Əziz oxucu! Görünür Böyük Yaradan əbəs yerə bizi şüurlu məxluq kimi yaratmayıb?! Gözümüzü dünyaya açan kimi hər birimiz nəinki kim olduğumuzu dərk etmək istəyirik, həm də sonsuz kainat, onun quruluşu, yaranma səbəbləri, mövcud olması və olacağı, onda baş verən dəyişikliklər, gələcəyi barədə, o cümlədən, bizim məskunlaşdığımız öz kiçik dünyamızın–Yerin quruluşu, kainatdakı mövqeyi, yaşı, onun ən uzaq keçmişi, dünəni, bu günü, gələcəyi barədə məlumat toplamaq istəyirik. Bəzilərimiz üçün bu əlçatmaz arzu olaraq qalır, bəzilərimizə müəyyən mənada Xaliqin sevimli bəndəsi kimi müəyyən sirlərə bələd olmaq müyəssər olur.

Ancaq son dərəcə sirli-soraqlı, sonu görünməyən əbədi dünyanın qapısı, bu günədək demək olar ki, bağlı olaraq qalmaqdadır. ....

Fəqət Tanrı özünə bənzərini yaradanda, ona zəka vermiş, dayanma, irəli! Axtar, gör-götür, qavra, nəticə çıxar! Bu qalibiyyəti Sənə verdim, demiş!...

Keçək əsas mətləbə ...

Əziz oxucu! Kainatın, üzərində yaşadığımız Yerin bu günü, keçmişi haqqında bizə nələr məlumdur? Dünyanın bütün xalqlarında planetimizə üz vermiş qədim fəlakət haqqında çoxlu rəvayətlər var. Bu əfsanələrdə deyilir ki, fəlakət dəhşətli daşqınlarla, zəlzələlərlə, vulkan püskürmələri ilə müşayiət olunmuş, çox ölkələr adamsız qalmış, qurunun müəyyən hissəsi dənizin dibinə batmışdır və s. Elə elmi fərziyyə də var ki, həmin dağıntıları və məhv olmaları təxminən 11-12, digər fərziyyələrə görə 13-14 min il əvvəl Yerin səmasına soxulmuş kometa gətirmişdir.

Bəs fəlakətə qədər dünya necə olmuşdur? Qədim tarixin çoxlu faktları və unikal arxeoloji tapıntılar qarşımızda gözlənilməz mənzərə açır, isbat edir ki, nə vaxtsa yerdə yüksək inkişafa malik mədəniyyətlər olmuş fəlakət nəticəsində məhv olmuş və pərən-pərən olmuş xalqlar riyaziyyat, təbabət, tikinti, astronomiya, aerodinamika və b. sahələrdə geniş biliklərə malik olmuşlar. Həmin bilgilərin izlərinə Rusiyada, Hindistanda, Misirdə, Cənubi Amerikada və elə bizim Azərbaycanda da rast gəlinir.

Əziz oxucu, Sizin səbrinizi tükəndirmədən demək istəyirəm ki, A. A.Qorbovskinin “Faktlar, duyumlar, fərziyyələr” (“Факты, догадки, гипотезы”) kitabını diqqətlə, bir neçə dəfə mütaliə etdikdən sonra, Sizin üçün də (ələlxüsus gənc oxucular üçün) müəyyən maraq kəsb edəcəyini düşünərək, əsərdən bəzi iqtibasları tərcümə etməyi, Sizin mülahizələrinizə verməyi qərara aldım. Kiyevdə doğulmuş, əsasən Londonda yazıb-yaratmış, dəfn olunmuş böyük alim, zəka sahibi, yazıçı, publisist A.A.Qorbovskinin bu əsərinin sözsüz sizin də inkişafınızda müəyyən rol oynayacağına əminəm.

Kitabın birinci başlığı “Ən qədim tarixin sirləri” olub, sonrakı başlıqlarda müəllif, hələlik öz elmi izahını tapmamış bəzi faktların və hadisələrin izahı üzrə öz müddəalarını təklif etməyə cəhd edir”.

Hər bir başlıqdan sonra müəllif tərəfindən qoyulmuş problemə və onun baxışlarına öz münasibətlərini bildirən məşhur dünya alimlərinin mülahizələri verilir.

Bu, nə vaxtsa Yerdə mövcud olmuş, sonradan materiklərin formalarını və bəzi fərziyyələrə görə səksən min illik təkamül prosesi keçmiş bəşəriyyətin taleyini dəyişmiş dünyəvi fəlakət(lər) nəticəsində məhv edilmiş yüksək sivilizasiya(lar) haqqında fərziyyələr kitabıdır.

Özünün cürətli təkliflərinin isbatı kimi, yazıçı və alim olan müəllif fərziyyələr söyləmək hüququnu qorumaqla, müxtəlif elmlərin son nailiyyətlərindən istifadə edir.

Çox maraqlı yazılmış kitab geniş oxucu kütləsinin istifadəsinə hesablanmışdır.

O. Bulanova

Qədim əcdadlarımızın sirli bilikləri

Tarixçilər və tədqiqatçılar qədim insanların olduqca yüksək bilik səviyyələri haqqında tamamilə inanılmaz faktlardan bizə xəbər verirlər.

Üfüqlər arxasında

Tarixçilər və tədqiqatçılar, bizə Nuh əyyamına (dünyanı su basması) qədərki qədim insanların olduqca yüksək bilik səviyyələri haqqında bəzən tamamilə inanılmaz faktlardan xəbər verirlər. Hansısa möcüzə nəticəsində kahinlərin və bunlara oxşar elm xadimlərinin köməyilə yox olmamış, mühafizə olunmuş, qorunub saxlanmış bu biliklərin sırasında elə məlumatlar var ki, onları ənənə, uzaqlardan gəlmiş maarifçilərin-bilik daşıyıcılarının gəlişi ilə əlaqələndirir. Haradan? Mümkündür ki, digər planetlərdən, yaxud digər paralel dünyalardan. Ancaq bu ayrıca söhbətdir. Biz burada yalnız, biliklərin səviyyəsi barədə danışırıq...

Görünür, Yerin hansısa iri göy cismi ilə toqquşması nəticəsində ortaya çıxan ümumdünya fəlakətindən sonra sağ qalan, bizə məlum olan sivilizasiyalardan birincilərə aid olan bəzi faktlar hansısa çox yüksək idrakın olduğu fikrə gətirib çıxarır. Belə ki, məsələn, qədim mayyalılar, məlumdur ki, çarxı (təkəri) tanımırdılar, dulusçu dairəsindən istifadə etmirdiıər, ona görə ki, sadəcə olaraq onu ixtira etməmişdilər, dəmirlə tanış deyildilər.... Amma, onlara təəccüb doğurucu dəqiqliklə göy cisimlərinin hərəkət dövrləri məlum idi. Özlərinin inandırıcı olmayan aşağı inkişaf səviyyələri ilə bunları haradan bildikləri- məlum deyil, bu daha çox ənənəvi mədəniyyətlərin olduqca yüksək biliklərindən xəbər verir, mayyalılar isə sadəcə olaraq onları saxlamışdılar. Ancaq necə olsa da, mayya bilirdi ki, Yerin Ğünəş ətrafında dövr etməsi vaxtı 365,242129 sytkaya bərabərdir. Oriqorian təqviminə görə isə bu period 365,242500 sutkaya bərabərdir. İndiki zamanda olduqca dəqiq astronomik cihazların köməyilə ilin uzunluğu 365,242198 sutkaya bərabər müəyyən olunmuşdur. Deməli ən son zamanlaradək qətiyyən nə teleskopu, nə digər qurğuları və aparaturaları tanımayan qədim mayya qəbiləsinin rəqəmi , ən dəqiq idi.

Ay təqvimi üzrə ayın uzunluğu bu müəmmalı qəbiləyə 34 saniyə dəqiqliklə məlum idi. Avropa elmi bu dəqiqliyə ancaq min il sonra, keçən əsrin sonunda nail oldu. Eləcə də, “gözlənilmədən”, eynən “düz yerdə” ortaya çıxan yüksək astronomik bilikləri həm də qədim Şumerdə tapırıq. Ayın dövretmə vaxtı Şumerlərə 0,4 saniyə dəqiqliklə məlum idi. İlin uzunluğu onlarda 365 gün 6 saat və 11 dəqiqə təşkil edirdi ki, bu ilin bu gün təyin edilən uzunluğundan cəmi 3 dəqiqə fərqlənir. Heyranedicidir? Bəli, sözsüz!

Bu hesabatlar kim tərəfindən, nə vaxt aparılmışdır? Təəssüf ki, bizə, müasir insanlara bu məlum deyil. Həmçinin, eləcə də məlum deyil ki, 2 min il bizədək yaşamış yunan astronomu Hipparx hansı mənbədən Ay orbiti haqqındakı məlumatları götürə bilərdi, hansı ki, ona dərəcənin yüzdə biri qədər dəqiqliklə müəyyən olub.

Biz onu da bilmirik ki, Qədim Şumerə Günəş sisteminin sonuncu və ən uzaqda olan Pluton planeti necə məlum olmuşdu. Müasir astronomiya elmi tərəfindən Plutonun kəşfi ancaq 84 il əvvəl, 1930-cu ildə baş vermişdir. Əgər Qədim Şumerdə, həqiqətən, Pluton haqqında məlumat vardısa, onda bu daha çox təəccüblüdür, axı Böyük Sovet Ensiklopediyası qeyd edir ki, “ancaq ən iri alətlərlə, mütləq sakit atmosferdə onun diskini görmək olar.

Astronomik faktorların arasında bizim günlərədək, onların kəşfinə çox qalanadək, izahedilməz surətdə məlum olan aşağıdakı da var. XVIII əsrdə bizə yazıçı kimi məlum olan “Qulliverin səyahəti”nin müəllifi Çonatan Svift adlı adam yaşamışdır. O, Marsın iki peyki barədə qəribə xatırlatma qoyub getmişdir. Bu peyklər barədə Sviftin yazdığından ancaq 156 il sonra,kifayət qədər güclü teleskoplar yaradıldı və astronomlar həqiqətən də, həmin iki böyük olmayan planetləri aşkar eməyə nail oldular. Ancaq qəribə uyğunluq bununla məhdudlaşmır. Svift peyklərin Marsın ətrafında fırlanma vaxtını kifayət qədər dəqiq göstərmişdir. O, bu məlumatları haradan əldə edə bilərdi? Köhnə kitablardan və unudulmuş əlyazmalardanmı, hansılarla ki, bu yazıçı çox maraqlanırdı. Ehtimal etməyə bütün əsaslar var ki, bu cür xatırlatmalar qədim mətnlərdə həqiqətən olmuşdur. Sviftdən uzaqda digər ölkədə, digər qədim əlyazmaları kitablarının içəricində məşhur gürcü yazıçısı və alimi Sulxan Saba Orbeliani (1658-1725) yaşamışdır. Onun, “Əsaslı lüğət”ində Marsın peyki barədə xatırlatma var. Sviftdə olduğu kimi, bu xatırlatmaya rəqəmli göstəricilər uyğun gəlir. Orbelianidə peykin fırlanma radiusu 24019 km -dir. Bu gün bizə məlum olan fırlanma radiusu- 23506-km-dir. Bizə, ancaq təxmin etmək lazım gəlir ki, bu bilgilər hansı itirilmiş, unudulmuş mənbələrdən doğur.

Bizə gəlib çatmış bəzi tikililər bizə məlum olan ulduzlu göyün bəşəriyyət tarixinin əvvəllərində aparılmış müşahidələrdən xəbər verir. Doğrudur, onlar Günəşin, Ayın hərəkəti, onların tutulmaları və b. barədə ancaq ümumi məlumatlar verirdilər. Axırıncı belə tikililərdən biri haqqında,- Heliopolisdəki (müasir Misir) Günəş məbədi barədə XVIII əsr ərəb səlnaməçisi Makrizi hekayət edirdi: “Orada iki sütun ucaldılmışdır ki, onlardan gözəl kimsə heç vaxt görməmişdir. Onlar yerdən təxminən 50 kubit (26,2metr) ucalır... Onların başları misdən hazırlanmışdır. Nə vaxt ki, Günəş Oğlaq bürcünə daxil olur, başqa cür desək, ilin ən qısa günündə, o cənubdakı sütunun başına düşür. Nə vaxt ki, Günəş xərçəng bürcünə daxil olur, başqa sözlə ilin ən uzun günündə o şimaldakı sütunun başına düşür. Beləliklə, bu iki obelisk Günəşin hərəkətinin son məntəqələrini bildirir, günlərin bərabərləşməsi nöqtəsi onlar arasında bərabər məsafədə yerləşir.

Bizim günlərədək mühafizə olunmuş buna bənzər tikili - müasir Kompuçiyanın ərazisində olan XII əsr Anqkor Bat məbəd kompleksidir. Heliopolisdəki kimi qüllələr qalereyalar və yazılı daş plitələr elə yerləşmişlər ki, müşahidəçi Günəşin və Ayın vəziyyətlərini onlar kritik nöqtələrdə olanda fiksasiya (qeyd) edə bilir. Həmin müşahidələrin dəqiqliyi 0,5 dərəcəyə qədərdir. Tikildikdən 150 il sonra bu kompleksə gələn Çin səyahətçisi yazırdı ki, “orada astronomiyanı bilən və Günəşin, Ayın tutulması dövrlərini hesablaya bilən adamlar var”.

Ancaq sonralar təəssüf ki, kompleks tam boşaldı. Onun astronomik rolu itirildi və unuduldu.

Dünyanın digər mühafizə olunaraq qalmış abservatoriyası - məşhur Stounxencdir. XII əsrdə yazılmlş “Britaniya krallarının tarixi” salnaməsinin müəllifi Stounxenc haqqında yada salaraq, iki qəribə detaldan xəbər verir. Onun sözlərinə görə, Stounxenc üçün meqalitlər (iri daşlardan qayırılmış qədim tikintilər-qəbirlər) deyəsən İrlandiyadan gətirilib. Tikilini isə “uzaq Afrika ucqarlarından” gəlmiş hansısa adamlar ucaltmışlar. Tədqiqatçıların böyuk təəccübünə səbəb olsa da, birinci təsdiq həqiqi oldu. Stouxencin meqalitlərinin İrlandiya mənşəli olması 1923-cü ildə elmi yolla müəyyən olundu. Uzaqlardan Afrikadan yaxud məlum deyil hardan gəlmələr barədə xəbərlərə gəldikdə isə, bu təsdiq də ehtimal ki, əsassız deyil.

Stounxencin tədqiqatçıları belə nəticəyə gəldilər ki, tikili (qurğu) nə qədər uzağa- keçmişə gedirsə, bir o qədər də o, dəqiq və əsaslı müşahidələr üçün hesablanmışdır. Biliklərin elə bu dəyişməsi dinamikasına digər ştrix də zəmanət verir. Stounxencin tikilməsi mərhələlərini müqayisə edərək tədqiqatçılar belə nəticəyə gəldilər ki, ən qədim mərhələ daha böyük incəsənətlə qeyd olunmuşdur. Əsrlər keçdikcə, gözlənildiyi kimi nədənsə inşaatçıların bacarıqları təkmilləşməmiş, əksinə, inşaatçılar bu bacarığı daha çox itirirdilər. Başqa sözlə, keçmişə doğru, uzağa getdikcə, sanki biliklərin bütövlüyünün başlanğıc nöqtəsinə yaxın olur. Bu nöqtə nə qədər uzaq keçmişə aid edilə bilər?

Tarixlə , paleontologiya və arxeologiya ilə tez-tez maraqlanan və çox səyahət etmiş yazıçı İvan Yefremov öz müşahidələrinin birində Çində Nankin abservatoriyasında gördüyü ulduzlu göyün bürünc qlobusu haqqında danışırdı. Onun üzərində çox əsaslı şəkildə, təkcə Çinin yerləşdiyi enlərdə deyil, həm də təkcə Cənub yarımkürəsindən görünə bilən ulduz bürcü döyülmüşdü. Bu qlobus y.e. I əsr tarixinə aid edilir. Qədim Çinlilər qlobusun üzərinə onlarda görünməyən ulduzlu bürcü, belə yüksək dəqiqliklə axı necə vura bilərdilər? Bu bilgiləri onlara kim və nə vaxt xəbər vermişdi? Qədim Şumerin gildən hazırlanmış cədvəllərindən birində Ayla yanaşı iki ulduz- Əkizlər bürcündən alfa və beta təsvir olunmuşdur. Onların yerləşmələrinə görə mühakimə yürütsək, təsvir bizdən 6 min il əvvəl uzaqda olan vəziyyəti canlandırırdı.

Astronomik biliklərin fövqəladə qədimliyi barədə xəbərlər arxeoloqların tapıntılarında öz təsdiqlərini tapır. Ayın fazalarını təsvir edən kəsikli sümük parçaları bizdən 8,5 min il uzağa (Nilin üst sahillərində) Ay təqvimi üzrə ayın günlərini bildirən kəsikli mamont bədəni (Cənubi Ukrayna) “görünməyən ay” günü də daxil olmaqla 30-35 min il əvvəl aparılmış astronomik bilgilərdən yaxud müşahidələrdən xəbər verir. Ancaq bu rəqəmlər də, görünür insanın ulduzlu göyə maraq göstərməyə başlamasının son həddi olduğunu bildirmir. “Böyük ayı bürcünün çömçəsi”- bu sözləri adət etmiş kimi tələffüz edərkən biz onların, adətən boş şey (mənasız) olduğuna məhəl qoymuruq. Əgər hər şeydən çox, doğrudan da, bürc çömçəyə oxşayırsa, onda “ayı” nə deməkdir?

Məktəbdə necəsə bizə izah etməyə cəhd edirdilər ki, qədim zəngin fantaziya sahibləri həmin ulduzları ayı fiquru şəklində sayırdılar. Bizə həmin ayı bürcünün şəklini də göstərirdilər və bütün məktəblilər bir səslə təsdiq edirdilər ki, həmin nöqtələrdə qətiyyən heç bir ayı, hətta olsun ki, ayı bürcü görmürlər.

Görünür, əvvəllər ulduzların yerləşməsi başqa cür olub və onların vəziyyətləri həqiqətən də, həmin heyvanı xatırladırdı.

Bu günədək saxlanmış “Böyük ayı bürcü” adı, elə onda ortaya çıxmışdır. Axı bu nə vaxt olmuşdur? Ukrayna tədqiqatçısı U.A.Karpenkonun göstəricilərinə görə bürcün ayı fiquruna oxşarlığı təxminən 80 min il bundan qabaq yox olmuşdur.Ancaq nəinki bu, həm də bu adın şimal yarımkürəsində hər yerdə işlənməsi təəccüblüdür. Saxalindən Atlantikə qədər və hətta Kolumbaqədərki Amerikada bu bürc bu və ya digər dərəcədə ayı ilə əlaqələndirilir.

Əgər insanın ulduzlara olan marağı və ulduzlu göyün öyrənilməsinə çoxdan başlanılmışsa, qədim insanların yüksək astronomik bilikləri öz izahını tapır. XVI-XVII əsrlərdə Avropa elmi uzun müddətli inkişafdan sonra mühüm kosmoloji nəticələrə gəlir. Elmi həqiqət çətinliklə özünə yol tapırdı. Gah orda, gah burda, şəhərlərin meydanlarında inkvizisiya tonqalları alovlanırdı. 1600-cü ilin 17 fevralında 8 il həbsdə saxlanıldıqdan sonra, Cordano Bruno ocaqda yandırıldı. O, ancaq ona görə edam edildi ki, kainatın sonsuz olduğu və bizim Yerə bənzər məskunlaşmış (canlı həyat olan) çoxlu sayda dünyaların olduğu fikrini söylədi.

Ancaq həmin ideyanı ondan min il əvvəl (özü də təxmin kimi yox, danılmaz həqiqət kimi) piramidaların mətnləri, Qədim Hindistanın və Tibetin müqəddəs kitabları şərh edirdi. Piramidaların ən erkən mətnlərindən birində kosmosun sonsuzluğu ideyası söylənilir. Qədim sanskrit kitabı “Vişnu Purane”də isə birbaşa deyilir ki, bizim Yer kainatda olan min milyon ona bənzər məskunlaşmış dünyalardan ancaq biridir. “Dxruvanın arxasında” (Qütb ulduzu) on milyon liq məsafədə müqəddəslər vilayəti yaxud Maxar- loka yerləşir ki, onların sakinləri tam bir kalpa, yaxud Brama günü qədər (4 milyard 320 milyon il) yaşayırlar. Bundan 2 dəfə böyük məsafədə xoşbəxtlərin və Bramanın digər təmiz ağıllı uşaqlarının məskunlaşdığı Cana-loka yerləşir... Altı dəfə artıq məsafədə Satya-loka yerləşir. Orada məskunlaşanların həqiqətlə əlaqələri var və ölüm nə olduğunu bilmirlər- bu müqəddəs kitabda yazılmışdır. Tibet mətnlərindən birinə əsasən “kainatda o qədər çoxlu dünyalar var ki , hətta Buddanın özü onları saya bilməz”. Budda ənənəsi təsdiq edir: “bu dünyalardan hər biri mavi hava yaxud efir qabığı ilə əhatə olunmuşdur”.

Uzaq ulduzlarda insanabənzər məxluqların yaşadığı fikirləri qədim Peruda da olmuşdur. Bu ənənə hələ inklərə qədərki dövrə gedib çıxır, arxeoloq C.A.Massoy xəbər verir (Pensilvaniya universiteti, ABŞ). Tamamilə aydındır ki, qədim insanlar bu məlumatları öz gündəlik həyat təcrübəsindən deyil, onların cəmiyyətinin inkişaf səviyyəsinə uyğun biliklərdən ala bilməzdilər. Onların mənbəyi hər şeydən əvvəl ehtimal olunur ki, bizə məlum sivilizasiyaların çərçivələri xaricindədir. Digər faktlar qrupu bizim planetin forması və ölçüləri haqqında tamamilə erkən və elə o dərəcədə də izaholunmaz təsəvvürlərin ortaya çıxmasına şəhadət verir.

1633-cü ildə “İşgəncələr zalı”nda müqəddəs inkvizisiyanın üzvləri Qalileyi təqsirləndirdilər ki, o təsdiq edirdi: Yer kürədir, Günəş ətrafında fırlanır. Öz vaxtında buna bənzər ittiham Kolumba da irəli sürülə bilərdi. Onun yaşadığı illərdə Salamankada o vaxtkı universitetdə Yerin kürə şəklində olduğunu təsdiq etməyə cürət edən hər kəsi cəzalandırmağı öz qarşısına məqsəd kimi qoyan elm xadimlərindən ibarət tribunal vardı və yenidən biz təəccüblə əmin oluruq: Avropa elmi fikrinə belə çətinlik və qurbanlarla yol tapan astronomik həqiqətlər, hələ tarixin başlanğıcında Hindistanın, Misirin, Yaxın Şərqin, Amerikanın mətnlərində yazılmışdı. Bizim planetin dairəvi (yumru) formasını qeyd etməklə, Qədim Misir mətnləri Yerin dulus dairəsi üzərində yarandığını deyirlər. Yerin kürəşəkilli olması ideyası yunanlardan çox əvvəl misirlilərə məlum idi. Günəş Allahı deyir: “Bax, Yer mənim qarşımda, yumru top kimidir.” Bu o deməkdir ki, allahın torpaqları mənim qarşımda yumru top kimidir. (Leyden demotik papirusu) Misirlilər düşünürdülər ki, öz hərəkətində Yer digər planetlərin Yupiterin, Saturnun, Marsın, Merkurinin, Veneranın, tabe olduğu qanunlara tabe olur. Daha gec, qədim Avropa elminin hərəkətsiz hesab etdiyi Günəsi isə qədim Misir mətnləri fəzada hərəkət edən hesab edirdilər və “Hv (göydə)” Allahının ənginliklərində üzən kürə” adlandırırdılar, hərçənd ki, onların astronomik alətləri, bilikləri yox idi ki, onlara istinad edərək belə nəticəyə gələ bilərdilər.

Budur, gör “Kabbala” (“Zoxar kitabı”) nə deyir? “Bütün məskunlaşmış Yer dairəyə bənzər fırlanır. Onun bəzi sakinləri aşağıda, digərləri - yuxarıdadır. Yerin bəzi rayonlarında gecə olanda, digərlərində gündüz, bəzi yerlərdə insanlar işıqlanma, başqalarında qaranlıq düşür”. O zamankı bilik səviyyəsini nəzərə alaraq, bu kitabın müəllifləri bu haqda haradan öyrənə bilərdilər? Daha doğrusu, müasir insanlar tərəfindən gözlənilən səviyyə. “Kabbala” bu zaman hansısa kitablara istinad edir ki, bizi bir daha qədim insanların bilik səviyyələri barədə düşünməyə vadar edir. Yeri gəlmişkən bir vaxtlar Yerin yumru cisim olduğu və onun fırlanmasının gecə və gündüzün dəyişməsinə səbəb olduğu haqqında danışan Platon və bu cür məlumatlar elə həmin mənbələrdən götürülməmişmi?

Yaxud Aristarxdan (e.q. III əsr) “Yer eyni zamanda öz ətrafında fırlanaraq maili dairə üzrə hərəkət edir”, sitat gətirən Plutarx.

Real astronomik təsəvvürlərin bu izlərini İncilin ən erkən mətnlərində də tapırıq ki orada qismən, boşluqda, “heç nədə” (İova kitabı) asılıb qalmış Yer haqqında danışılır. Daha gec, sonrakı zamanlarda bu qədim ənənə bəzi xristian teoloqlarında da saxlanılıb. Beda Dostopoçtennıy, Qiyom Konşski Yer haqqında kürə formasında olan cisim kimi danışırlar. Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada Navarra kral evinə məxsus olan XIV əsr”İncil”i saxlanılır. Orada yerləşdirilmiş rəngli illustrasiyalar planetləri, Ayı və Günəşi kürə şəklində təsvir edir. Hələ əvvəllər məşhur xristian filosofu və müqəddəsi Qriqori Nisski öz-özünə başa düşülən şeylər kimi yer cisminin kürə şəkilliliyi”, Günəş haqqında- “Yerdən dəfələrlə böyük olan” yazırdı. Bu düşüncələri biz Hindistanda da tapırıq. “Kalaçakra” Tantrıt sistemi təsdiq edirdi ki, Yer öz oxu ətrafında fırlanır və kürə şəklindədir. Asteklər də görünür planetlərin hərəkəti və kürəşəkilli olmalarını bilirdilər. Onlar planetləri yumru əşyalar, yaxud Allahların əyləndikləri top formasında təsvir edirdilər. Hətta okeanda səpələnmiş Okeaniya adalarının sakinlərinə də göy cisimlərinin hərəkəti və başlıcası onların kürəşəkilli olmaları və Yerin özünün də kürəşəkilli olması məlum idi.

Keçən əsrin fransız tədqiqatçısı bunu qeyd edərək, həmin dərketmələrdə daha yüksək səviyyəli oskolkinsk sivilizasiyasını görürdü.

Beləliklə, görünür əsas kosmoqoloji təsəvvürlər Avropa mədəniyyəti axarından uzaqda mövcud idi. Neçə zamana görə kənarda-uzun müddət ona qədər, eləcə də ərazi üzrə. Ona görə təəccüblü deyil ki, Avropa astronomiyasının bir sıra daha gec kəşfləri göydə deyil, qədim manuskriptlərdə baş verdi. Belə ki, rəsmi tarix elmində Yerin Günəş ətrafında fırlanması ideyasının müəllifi sayılan Kopernik öz əsərlərinin ön sözündə yazırdı ki, Yerin hərəkəti ideyasını o, qədim müəlliflərdən götürüb. Düzdür, nədənsə məktəbdə bunu tədris etməyiblər. .... Ola bilsin ki, bunlar məşhur VII əsr alimi A. Şirakatsinin (ermənilər təsdiqləyirlər ki, bu böyük erməni alimidir) oxuduğu, bizə çatmamış əsərləri idi. O, Yeri sarısı- kürə forması olan Yerin özü, ağ hissəsi onu əhatə edən atmosfer olan yumurta ilə müqayisə edərək, onun kürəşəkilli olduğunu yazırdı.

Akademik B.A.Rıbakovun hesab etdiyi kimi Yerin şar şəkilli olmasının təsəvvür olunması artıq 4 min il əvvəl məlum idi.

Bəzi göstəricilərə görə mühakimə yürütsək qədim insanlara bizim planetin nəinki forması, hətta ölçüləri də məlum idi. Yerin çevrəsinin təəccüb doğuracaq dərəcədə həqiqi qiymətinə yaxın uzunluğunu Eratosfen və Aristotel öz işlərində demişdilər. Ancaq təkcə bu yox. Stadiy- Qədim Yunanıstanın uzunluq vahidi, sən demə həmin kəmiyyətdən, bizim planetin çevrəsindən çıxır. Qayış (remen) Qədim Misirin uzunluq vahidi – həmçinin planetin çevrəsinə nisbətən müəyyən edilirdi. Hər şeyə görə mühakimə yürütsək, bu təsadüfi deyil: Misirin və qədim Yunanıstanın uzunluq ölçüləri öz başlanğıclarını hansısa vahid mənbədən götürür. Piramidaların futu “dünya uzunluq ölçülərindən fərqli olaraq Qədim Misirin müqəddəs ölçü vahididir. Onun uzunluğu (0,63566 metr)- başqa say olmayıb, Yerin mərkəzindən qütbə doğru çəkilmiş radiusunun 1/1000000 hissəsidir. Qeyri-dəqiqlik cəmi 0, 003 millimetr təşkil edir.

Ötən əsrdə beynəlxalq uzunluq vahidinin yaradılması lazımlığı ortaya çıxdığı zaman həmin heyranedici faktlar haqqında heç nə məlum deyildi. Ancaq insan fikri elə həmin etalona -bizim planetin çevrəsinə yönəldi. Həmin kəmiyyətin 1/100000000 hissəsi bu gün istifadə etdiyimiz metrdir.

Sovet tədqiqatçısı A.V.Klimenko hesab edir ki, Yer kürəsinin çevrəsinin məlum olması Yunanıstana Misirdən yaxud Babilistandan (Vavilon) gəlmişdir. Diogen Laertski, İsokrat, Pliniy, Strabon və başqaları yazırdılar. Yunan alımləri öz astronomik biliklərinə görə Misir və Babilistan kahinlərinə borcludurlar. Bəs bu biliklər Babilistana və Misirə haradan düşmüşlər?

Qədim insanlarda vaxtın bölünməsi dəqiqliyi də az təəccüb doğurmur. Tarixin dərinliklərinə baş çəkərək biz öyrənirik ki, bəsit (primitiv) cəmiyyətlər üçün sutkaların vaxtı cəmi iki hissəyə -gündüzə və gecəyə bölünürdü. Getdikcə cəmiyyət inkişaf etdikcə, daha kəsirli bölməyə ehtiyac duyulur –sutkalara, saatlara, nəhayət dəqiqələrə. Saniyə əqrəbi məişət saatlarının siferblatında ancaq bizim vaxtımızda ortaya çıxmışdır. Ancaq dəqiq elmlərə bu kifayət deyildi, yüzdə bir, mində bir və saniyənin xırda hissələri tələb olunurdu. Aydındır ki, saniyənin son dərəcə kiçik hissələrini ölçmək qabiliyyəti olan ölçmə aparatları yaradıldıqdan sonra bu mümkün oldu və tetminlər ortaya çıxdı. Qədim Hindistanda bilirik ki, buna bənzər daha dəqiq desək, müasir elmin imkan verdiyi kimi aparatura yox idi. Biz təsəvvür etdiyimiz kimi o qədər kiçik vaxt kəsiminin ölçülməsinə ehtiyac da yox idi. Daha nə üçün Sanskrit mətnlərində “truti”- 0, 3375 saniyə (Siddxanta-Siromani) termininə rast gəlirik və digər “kaşta”1/10000000000 saniyəyə bərabər (Brixatx Satxaka)? Bizim sivilizasiya bu qədər xırda vaxt kəsimlərinə, ancaq bu yaxında, daha dürüst desək son illərdə gəlib çıxmışdır. Axı nə alınır? Biz qədim insanlardan şübhələnməliyik ki, onlar arxasında heç nə dayanmayan terminləri ixtira edib, istifadə edə bilmədikləri ölçü vahidləri uydurmuşdular? Ancaq mövcud olmayan kiçik kəmiyyətlərin uydurulmasında onlardan şübhələnməyə bizim əsasımız yoxdur. Müasir dünyada qələm əhli bilmədiyi, yaxud dünyada olmayan şey haqqında “qırmızı söz”ün xətrinə yazmağı özünə rəva bilir.

Qədim insanlar isə yazılan sözə, yəni əsrlər boyunca işlənəcək sözə, hətta hörmətlə yox, müqəddəs borc kimi yanaşırdılar. Bircə o qalır ki, `12.,bu terminlər Sanskrit mətnlərinə onların arxasında canlı məzmun dayandığı, yəni “truti” və “kaşta”-nın ölçülə bildiyi vaxtlardan gəlmişdir. Qədim insanlara bu qədər kiçik kəmiyyətləri ölçmək nə üçün lazım idi, bunu nə ilə edirdilər? Mümkündür ki, texnikanın səviyyəsi o qədər yüksək idi ki, bu kiçik kəmiyyətlərə ehtiyac vardı? Qismən müasir biliklərin səviyyəsinə uyğun olaraq “kaşta” bəzi qiperonların mezonlarının həyat dövrünə çox yaxın gəlir.

Ola bilsin ki, həmin sivilizasiyanın elmi kiçik kəmiyyətlər fizikasına sıx yanaşmış və protonlar və atomlarla bizim indi kiloqramlarla və metrlərlə olduğu kimi əməliyyatlar həyata keçirə bilmişlər. İstənilən halda, qədim insanların bilik səviyyələri planetimizdə birinci sivilizasiya olmadığımızı düşünməyə bizi məcbur edir. Bircə başa düşmək qalır ki, bu (yaxud hətta həmin ) sivilizasiya məhv olmuş və onun səhvlərini təkrar etməmək....

Məqalə A.Qorbovskinin “Факты doгадки, гипотезы” kitabında toplanmış faktiki materiallar əsasında hazırlanmışdır.

# 2821 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #