Vaxtın dalınca bir qız, bir qızın dalınca bir göz…

Vaxtın dalınca bir qız, bir qızın dalınca bir göz…
8 oktyabr 2014
# 12:17

Kulis.az şair Qəşəm Nəcəfzadənin “Oktyabr” şeirini təqdim edir.

Getdi payızlar, qışlar
Fikrimizin ucunda soyuyan çaylar getdi.
Öldü bizi tanıyan dostlar, tanışlar
Bir az keçmişi xatırlamaq gecikdi…

Getdi yarpağı qovan pişik, pişiyi qovan itlər, itləri qovan külək,
Küləyi qovan payız
Payızı qovan vaxt...
Vaxtın dalınca bir qız,
Bir qızın dalınca bir göz… Getdi

Getdi avtobusda oturacaqlarımız
Getdi dayanacaqlar,
Getdi qarşısından dayandığımız dükanlar, şüşələr, güzgülər,
Şüşələrdə şəkillərimiz getdi…

Kafelər küncündə yerlərimizi tutdular
Yerlərimizi, yerlərimizi.
Saçlarımın ağ işığında əllərin uçdu
Üstümüzdən əllərimiz töküldü
Əl izləri üstümüzdən söküldü,
əl izləri, əl izləri…


Xəbərçilər bizi daha unutdular…
Bizi axırıncı dəfə harda görmüşdülər?
Xatırlamırlar…
Xəbərçilər, xəbərçilər...

Atanın, ananın, bacılarının adlarını unutdum
Unutdum, unutdum…
Daha xəbərin yoxdu ağrılarımın yerindən.
Ağrılarımın yerindən…


Daha gəlmək istəmirik nə sən bizə, nə mən sizə
İstəmirik, istəmirik…
Getdi saatlar, "10"-lar, “14”-lər, “15”-lər
Bizi bir nəfər tanıyan olsaydı
Gələrdik özümüzə…
Heç olmasa bir xəbərçi…

Getdi tramvaylar, maşınlar, taksilər, qatarlar
Buludlar, durnalar, adamlar.
Biri ləngiyə bilsəydi-bir kəlmə qədər
Heç mən də yazmazdım bu yağışlı şeiri…

# 2323 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #