Məşhur rejissor Məhəmməd peyğəmbərdən film çəkdi

 Məşhur rejissor Məhəmməd peyğəmbərdən film çəkdi
29 sentyabr 2014
# 14:36

Azərbaycan əsilli iranlı rejissor Məcid Məcidinin "Məhəmməd Peyğəmbər" filminin çəkilişləri başa çatıb. Çəkilişləri üç il davam edən filmdə onun uşaqlıq illərindən peyğəmbərlik missiyasının başlanğıcına kimi dövr əhatə olunub.

Filmin böyük hissəsi İranda lentə alınıb. Bundan başqa çəkiliş heyəti Cənubi Afrika Respublikasının Bela-Bela şəhərində fon üçün bir neçə səhnə çəkib.

Kino layihənin reallaşmasında vizual effektlər üzrə hollivudlu mütəxəssis Skott Anderson, üç dəfə Oskar mükafatçısı, operator Vittorio Storaro da iştirak edib.

Film üçün tarixi materiallar bir il ərzində müxtəlif ölkələrdən – Tunisdən, İraqdan, Livandan, Əlcəzairdən, Mərakeşdən olan alimlərin, tarixçilərin köməyi ilə toplanıb.

Rejissorun “Səma övladları” filmi 1997-ci ildə Oskara nominant olub. "Cənnətin rəngi" isə Amerikada 2000-ci ilin ən yaxşı 10 filmi siyahısına daxil edilib.

35 milyon dollar büdcəsi olan filmin 2015-ci ildə Berlin Kino Festivalında nümayişi planlaşdırılır.

# 1793 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #