Anasına görə ağ dərili qadınlarla görüşməyən şair

Anasına görə ağ dərili qadınlarla görüşməyən şair
25 sentyabr 2019
# 21:00

Kulis.az fransız şair və tənqidçi, klassiklərdən sayılan Şarl Bodlerin anasına yazdığı məktubu təqdim edir.

Bodler anası Karolinlə yola getmirdi. Bu sevgi ilə nifrətin qarışığından ibarət olan, fırtınalı, dağıdıcı münasibətlər idi. Deyilənə görə Bodler ağ dərili qadınlarla birlikdə olmurdu, sevgililərini həmişə qara dərili qadınlardan seçirdi. Ağ qadınlar ona anasını xatırladığı üçün... Həyatı anasından borc istəməklə keçib. Hətta anası pulu düzgün istifadə etmədiyinə görə oğlunu məhkəməyə verib... Aşağıda oxuyacağınız məktubda əslində onların münasibətlərini aydın sezmək olur.

6 may, 1861

Əziz anam,

Həqiqətən analıq hisslərinə sahibsənsə və hələ də bezməmisənsə , Parisə məni görməyə, hətta tapmağa gəl. Mən min cür qorxunc səbəbə görə Onflörə gələ bilmədim. Halbuki bir az cəsarətlə, bir az da məhəbbətlə istədiyim şeyləri orada axtarmaq və tapmaq istəyirdim. Mart ayının sonunda sənə yazmışdım: "Bir daha heç vaxt görüşməyəcəyik!” Çünki qorxunc həqiqətlərlə üzləşdiyimiz böhranlardan birini yaşamaqdaydım. Halbuki sənin yanında bir neçə gün keçirmək üçün nələrimi verməzdim. Sən həyatımı 8 günlük, 3 günlük, bir neçə saatlığa dayandıran dünyadakı yeganə varlıqsan.

…Hər dəfə sənə vəziyyətimi izah etmək üçün qələmə sarılıram, qorxuram; Səni öldürməkdən, zərif bədənini yox etməkdən qorxuram. Və mən, dayanmadan, səni şübhələndirməsəm belə, davamlı olaraq intiharla üz-üzəyəm. Bilirəm ki, məni böyük bir məhəbbətlə sevirsən. Kor zehnə və sağlam bir xarakterə sahibsən. Mən səni bütün uşaqlığım boyu böyük bir eşqlə sevdim. Sonra, etdiyin haqsızlıqların təsiri ilə, bir ananın uşağa ədalətsiz davranması uşaqda ona qarşı necə ədəbsiz davranışlara gətirib çıxarırsa, elə mən də sənə qarşı hörmətimdən belə məhrum qaldım. Bu hadisələrə görə susduğuma görə tez-tez peşmanlıq hissi keçirirdim. Artıq nankor və aqressiv uşaq deyiləm. Öz taleyim və sənin xarakterinlə bağlı gəldiyim qənaətlər mənə bütün səhvlərimi, sənin bütün comərdliklərini anlamağa kömək etdi.

Uzun sözün qısası, iş işdən keçib və bunun səbəbi mənim səhvlərim və sənin ehtiyatsızlığındır. Şübhəsiz, biz özümüzü bir-birimizi sevməyə, bir-birimiz üçün yaşamağa, ən şərəfli şəkildə və mümkün olduğu qədər yavaşca həyatlarımızı son qoymağa yönəldirik. Bununla yanaşı, düşdüyüm bu dəhşətli vəziyyətin içində ikimizdən birinin digərini öldürəcəyinə və hər şeyin sonunda bir-birimizin qatili olacağımıza əminəm.

Mən öləndən sonra, çox yaşamayacağın gün kimi aydındır, səni yaşadan yeganə varlıq mənəm. Sənin ölümündən sonra - əgər buna mən səbəb olsam – özümü öldürərəm. Sənin ölümün, mənim vəziyyətimi heç bir şəkildə yaxşılaşdırmayacaq. Məhkəmə prosesi eyni şəkildə davam edəcək (nə üçün davam etməsin ki?), heç nə ödənməyəcək və mən əzablarımın artması ilə birlikdə mütləq bir inzivanın dəhşətli həyəcanında olacam. Mənim özümü öldürməyim çox absurddur, elə deyilmi?

...Əlvida! Mən tükənmiş vəziyyətdəyəm. Səhhətimə gəldikdə isə, təxminən 3 gündür nə yemək yemişəm, nə də yatmışam.

Yox, səninlə sağollaşmayacam. Səni təkrar görəcəyimə ümid edirəm. Ah! Məktubu diqqətlə oxu və başa düşməyə çalış.

Bilirəm ki, bu məktub sənin ruhuna işləyəcək, amma şübhəsiz ki, bu məktubda çox nadir olaraq hiss etdiyin şirinliyi, şəfqəti və hətta ümidi də tapacaqsan.

Səni sevirəm.

Charles Baudelaire

# 4542 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #