“Buker” mükafatının qısa siyahısı açıqlandı

“Buker” mükafatının qısa siyahısı açıqlandı
10 sentyabr 2014
# 10:48

Böyük Britaniyanın “Buker" mükafatının jürisi qısa siyahını elan edib. Kulis.azın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, mükafatın təşkilatçıları bu il ilk dəfə dil və milli məhdudiyyətləri götürüblər. Siyahıda 6 müəllif var.

Əvvəllər “Buker”ə yalnız ingilis dilində çap olunmuş, Böyük Britaniya və onun keçmiş müstəmləkələrinin nümayəndələri əsərlər göndərə bilərdi. Bu il isə mükafata ilk dəfə 13 Amerika yazıçısı da qatılıb.

Uzun siyahıya dörd, qısa siyahıya isə iki amerikalı düşüb.

Jürinin sədri, filosof Entoni Qreylinq deyib ki, qısa siyahıda güclü və düşündürücü əsərlər var: “Bu siyahı ingilis dilindəki müasir prozanın dərinliyini və bütün diapazonunu göstərir”.

Qısa siyahıya düşən amerikalı yazar Coşua Ferrisin ilk romanı “Və heç kəs qalmadı” 2007-ci ildə yayımlanıb. Onun yeni əsəri “Uyğun zamanda yenidən ucalmaq” gündəlik məişətdən, onun bozluğundan bezən stomatoloq-ateistdən bəhs edir. Britaniya tənqidçiləri bu əsəri “ilahi triller” adlandırıblar.

Mükafata iddia edən digər amerikalı isə fantastik, fentezi və psixoloji proza yazan Coy Faulerdir. Yazıçının Buker uğrunda mübarizə aparan “Biz hamımız özümüzdə deyilik ” romanı uşaqlar üzərində psixoloji eksperimentlər aparan valideynlərdən bəhs edir.

Siyahıda üç Britaniya müəllifi yer alıb. Onlardan biri “Buker-2010”-un laureatı Hovard Ceykobsondur. O, müsabiqəyə keçmişdən danışmağın yasaq edilməsindən bəhs edən antiutopik “J” əsərini təqdim edib.

İngiltərədə işləyən hindu Nil Mahercinin “Özgələrin həyatı”, şotland Ali Smitin “How to be Both” romanı da qısa siyahıdadır.

Siyahıda sonuncu yerdə Avstraliya yazıçısı Riçard Flanaqanın əsəri dayanır.

“Buker-2014”-ün qalibi oktyabrın 14-də Londonda açıqlanacaq.

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #